Ayətullah Xamenei onun şikayətlərini dinləyərək qanun çərçivəsində hər bir şikayət detallarına kimi incələcəyini bildirib
İİR servisi/Aran Agentliyi
İslam-Azeri-nin istinadlı məlumata görə İran İslam İnqilabının ali rəhbəri Ayətullah Xamenei prezident seçkilərində məğlub olmuş Mir Hüseyn Musəvini qəbul edib.
Ayətullah Xamenei onun şikayətlərini dinləyərək qanun çərçivəsində hər bir şikayət detallarına kimi incələcəyini bildirib.
Ayətullah Xamenei Musəviyə: "Bu problemin həllini hüquqi çərçivədə həll etmək sizin üçün ən uyğun yoldur"-deyib.
Bu arada İranın Daxili İşlər nazirliyi məlumat yayaraq Tehrandakı ixtişaşların əsas səbəbkarı kimi Mir Hüseyn Musəvi elan olunacağı xəbərdarlığını bildirib.
Diqqətinizə çatdıraq ki. Mir Huseyn Musəvinin tərəfdarları çox sayda dükan, avtomobil və dövlət müəssisələrinə od vurmuş, çox sayda dövlət büdcəsinəziyan vermişlər.
İran polisi də ixtişaş törədənlərə qarşı sərt addımlar atmaq qərarına gəlib.
Qeyri rəsmi məlumatlara görə 200-ə yaxın ixtişaşçı İran Polisi tərəfindən həbs edilib.