Hazırda təhsil qurumlarında oxuyan tələbələr isə universiteti başa vuraraq diplomlarını alacaqlar
Azərbaycan servisi/Aran Agentliyi
Hazırda təhsil qurumlarında oxuyan tələbələr isə universiteti başa vuraraq diplomlarını alacaqlar
Bu ildən Bakı İslam Universitetinin bölgələrdəki şöbələrinə tələbə qəbulu dayandırılacaq. Bunu ANS-ə açıqlamasında Qafqaz Müsəlmanları idarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli deyib. Onun sözlərinə görə, aparılan dəyişiklərdən hazırda həmin şöbələrdə təhsil alan tələbələr əziyyət çəkməyəcək. Onların təhsilini başa vurmasına imkan yaradılacaq. “Zaqatala, Mingəçevir, Lənkəran və Sumqayıt şöbələri deyilən bölgələrdə şöbələrimiz var. Lakin QMİ-nin rəhbərliyi və dini komitə rəhbərliyi ilə aparılan danışıqlar əsasında bildirməliyəm ki, həmin şöbələr bu ildən etibarən artıq tələbə qəbul etməyəcəklər və Bakı İslam Universitetinin tərkibindən çıxarılaraq mədrəsə şəklində fəaliyyətlərinə icazə veriləcək. Onlar üçün (tələbələr) heç bir problem olmayacaq. Onlar bizim tələbələmiz sayılacalar builki qəbul istisna olmaq şərti ilə ta 2-ci kursa keçən tələbələrdən 5-ci kursa qədər hamısı bizim müvafiq diplomlarımızı alacaqlar - zaman-zaman bitirdikcə”.