Elmi konfransın ikinci hissəsində isə çıxışlar əsasında və eləcə də, daha geniş mövzular ətrafında sual-cavab və fikir mübadiləsi aparılmıışdır
Azərbaycan servisi/Aran Agentliyi
İyun ayının 14-də Xanımlar Xanımı, dünya və axirət qadınlarının Seyyidəsi, mübarək İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s.ə.) mövludu günü bütün dünya üzrə xüsusi təntənə ilə qeyd edildi. Bu böyük bayram münasibətilə İçərişəhər “Cümə” məscidi dini icması xanım Zəhraya (s.ə.) həsr edilmiş “Müasir zamanda özünütanıma mövzularının əhəmiyyəti” adlı elmi konfrans keçirmişdir. Elmi konfransı giriş sözü ilə açan İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bütün xanımları səmimi qəlbdən bayram münasibətilə təbrik etmiş və konfransın uğurlu keçməsini diləmişdir.
Sonra Humay xanım Hacıyeva bu əziz bayramın mahiyyətinə həsr edilmiş konfransın açılış nitqini söyləmişdir.
Qeyd edək ki, konfrans iki hissədən ibarət idi. Elmi konfransın birinci hissəsində “Müasir zamanda özünütanımanın əhəmiyyəti” (məruzəçi: Gülzar xanım Şadlinskaya), “Müasir zamanda özünütanımaya mane olan amillər” (məruzəçi: Günel Hüseynli), “Müasir zamanda özünütanımaya yardım edən amillər” (məruzəçi: Leyla Əliyeva) mövzularında məruzələrlə çıxışlar oldu. Məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb oldu.
Elmi konfransın ikinci hissəsində isə çıxışlar əsasında və eləcə də, daha geniş mövzular ətrafında sual-cavab və fikir mübadiləsi aparılmıışdır.