Tarix : 2009 Jun 17
Kod 12502

Seçkilər İranda xalqın vəhdətinin nişanəsidir

İİR-da keçirilən 10-cu prezident seçkilərinin 4 namizədinin seçki qərargahının nümayəndələri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei ilə görüşüblər
İRİ Servisi/Aran Agentliyi

İİR-da keçirilən 10-cu prezident seçkilərinin 4 namizədinin seçki qərargahının nümayəndələri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei ilə görüşüblər.
Səmimi atmosferdə keçən bu görüşdə Negəhban Şurası, Daxili İşlər Nazirliyi, ölkənin baş müfəttişlik idarəsi və seçki təbliğatları komissiyasının nümayəndələri seçkilər və onunla bağlı məsələlər haqda öz nöqteyi-nəzərlərini aydın formada bəyan ediblər. İrəli sürülmüş məsələlərlə bağlı aidiyyatı orqanların rəsmiləri də lazımi izahatları təqdim ediblər.
İslam İnqilabının Böyük Rəhbəri bu görüşdə seçkilərin İranda daim xalqın birliyi və başucalığı nişanəsi olduğuna təkid edərək bildiriblər ki, xalqın seçkilərdəki təqribən 40 milyonluq iştirakı islam quruluşu üçün bir fəxrdir və müxtəlif baxışlara malik seçicilər bu böyük qəhrəmanlıqda paya malikdirlər. Buna görə də bu milli birliyi qorumaq hamının borcudur.
O Həzrət seçkilərin xalq arasında ixtilaf və nifaq amilinə çevrilməməsinə təkid edərək bildiriblər ki, bir tərəfdə 24 milyon nəfərin, digər tərəfdə isə 14 milyon nəfərin qərar tutduğunu təsəvvür edənlər böyük səhvə yol verirlər. Çünki seçilmiş prezidentə və digər namizədlərə səs verənlərin hamısı eyni dərəcədə islami quruluşa inanırlar.
Həzrət Ayətullah-əl-üzma Xamenei son seçkilərin ən mühüm məsələlərindən birini 40 milyonluq iştirak ilə milli birliyin təzahürü adlandırıblar və deyiblər: Seçki kompaniyalarının aparıldığı günlərdə insanlar yüksək əhval-ruhiyyə ilə küçələrə axışmış və tərəfdarı olduqları namizədləri dəstəkləmişdilər. Bu da islam quruluşunda həqiqi demokratiyanın nişanəsidir.
Həzrət Ayətullah-əl-üzma Xamenei seçkilərlə bağlı məsələlərin qanuni yolla araşdırılmalı olmasına təkid edərək deyiblər: Bu məsələlər hökmən araşdırılmalıdır və mən Negəhban Şurasından və Daxili İşlər Nazirliyindən istəyirəm ki, irəli sürülmüş məsələləri tam diqqətlə araşdırsınlar ki, heç bir şübhə yeri qalmasın.
İslam İnqilabının Böyük Rəhbəri təqribən 40 milyon nəfərin seçkilərdə iştirak etməsini İslam İnqilabının qələbəsindən sonra İranda keçirilən seçkilərdə xalqın iştirakının ən yüksək göstəricisi adlandırıb və əlavə ediblər: Hətta xarici informasiya vasitələrinin də fövqəladə adlandırdıqları bu böyük hadisəni qorumaq lazımdır. Çünki bu seçkilərdə iştirak edən bütün şəxslərin fəxridir.
O həzrət seçkilərin qalib və məğlub tərəflərini məsləhətlərə riayət etməyə dəvət edərək bildiriblər: Səslərin əksəriyyətini əldə edənlər və etməyənlər səbirli və təmkinli olmalı, öz rəftar və hərəkətlərində diqqətli olmalıdırlar.
Həzrət Ayətullah-əl-üzma Xamenei bəzilərinin İranın milli birliyi və islami quruluşun möhkəmlənməsi ilə müxalif olmalarına təkid edərək deyiblər: Bunlar gerçək olmayan sözləri başqalarına çatdıran şəxslərdirlər və hətta təxribatçılıq da edirlər.
O Həzrət bəzilərinin ölkənin təhlükəsizliyini və sakitliyini hədəfə aldıqlarına təkid edərək buyurublar: Heç kəs gərginliyə səbəb olacaq hərəkətə əl atmamalıdır. Hamı aydın formada bildirməlidir ki, gərginlik onların istəyi deyil.
İslam İnqilabının Böyük Rəhbəri xalqı, xüsusilə də seçkilərin iki tərəfini təhrikedici hərəkətlərdən çəkinməyə çağıraraq təkid ediblər ki, tərəflər bir-birlərini əsəbiləşdirməsinlər, istər seçkilərdə qələbə çalan namizədin tərəfdarları, istərsə də seçkilərdə qələbə çala bilməyən namizədin tərəfdarları. Hamı öz diqqətini seçki səhnəsində iştirak və quruluşun qorunması məsələlərinə yönəltməlidir.
Həzrət Ayətullah-əl-üzma Xamenei deyiblər: Bu gün hamımız ölkənin ümumi maraqlarını və quruluşu qorumağa, xalqı qarşıdurmadan çəkindirməyə borcluyuq. Bu İmam Zaman (əc)-in sevincinə və ölkədə ilahi rəhmətin cərəyan etməsinə səbəb olacaq.

  • Yazılıb
  • da (də) 2009 Jun 17