Tarix : 2009 Jun 19
Kod 12532

İsrail səfirinin yaddaşından silinən həqiqətlər

İsrail parlamentində rəsmi olaraq qondarma erməni soyqırımı müzakirəyə çıxarılmayıb
Azərbaycan servisi/Aran Agentliyi

İslam-Azeri-nin ANS-ə istinadlı xəbərinə görə İsrailin Azərbaycandakı səfiri Artur Lenk bəzi çaşdırıcı fikirlər söyləyib.

Onun sözlərinə görə guya İsrail parlamentində rəsmi olaraq qondarma erməni soyqırımı müzakirəyə çıxarılmayıb.

Lakin İslam-Azeri internet qəzeti İsrail səfirinin bəzi ya bilərəkdən, ya da bilməyərəkdən yaddan çıxardığı məqamları xatırlatmaq istəyir.

Rus dilli Nevsru İsrail saytının ötən ilin aprel ayında yayımladığı xəbərin tərcüməsini diqqətinizə çatdırırıq.

Bu gün aprelin birində Knessetin iclasında Türklərin ermənilərə qarşı törətdikləri soyqırım müzakirəyə çıxarılacaq. Diqqətinizə çatdıraq ki, 26 martda ilk dəfə olaraq İsrail parlamentində erməni sayqırımının müzakirəyə çıxarılması qərara alınmışdır. Bu saytın həmin xəbəri
FAKT

İkinci fakt isə bu ad ilədir: İsrail parlamenti olan Knessetdə erməni lobbisinin ilk qələbəsi

Bu yazıları oxuduqda açıq aşkar görünür ki, İsrail səfiri ya çox unutqandır, ya da çaşdırıcı mövqeyi məqbul sayaraq belə yalanlara üstünlük verir.

  • Yazılıb
  • da (də) 2009 Jun 19