Tarix : 2009 Jun 19
Kod 12534

Ayətullah Xameneinin imaməti ilə cümə namazı qılınıb

Milyonlarla insanın iştirak etdiyi cümə namazının xütbəsində son hadisələrə toxunan inqilab rəhbəri İslam düşmənlərinə işarə edib
İİR servisi/Aran Agentliyi
İslam-Azeri-nin İran mətbuatına istinadlı xəbərinə görə İran İslam İnqilabının ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamenei bu gün cümə namazının imamlığını özü icra edib.

Milyonlarla insanın iştirak etdiyi cümə namazının xütbəsində son hadisələrə toxunan inqilab rəhbəri İslam düşmənlərinə işarə edib.

"İslamın düşmənləri hər zaman müsəlmanlara narahatlıq verməyə çalışırlar. İmanlı insanlar ruhlarını və əqidələrini saf tutmalıdırlar. Narahat insan üçün doğru yolu tapmaq çox çətindir. Bu gün bizim dövlətimizin rahatlığa ehtiyacı var. Ölkədəki siyasi gərginlik Allahı yadımızdan çıxarmamalıdır. İnqilabdan sonra bizi yıxmağa çalışan və qarışıqlığa sürükləyəcək çoxlu hadisələrlə üzləşdik. Amma bizim idarə etdiyimiz sağlam gəmi hələ üzməkdə davam edir. Hər ölkənin daxilində təbii prosseslər olur. Necə ki bizdə yaşanır. Amma bu, bizi çaşdırmamalıdır. Bu gənclər bizim qurduğumuz rejimin ilk gəncləri kimi siyasi biliklərə sahib olduqlarını göstərirlər. Xarici media İrana düşmən mövqe tutub və onlar daxili gərginliyi artırmağa çalışırlar. Məqsəd bizim dövlətimizi parçalamaqdır. Mən bildirirəm ki, xalq özü 10-cu prezidentini seçib və dövlətlə həmrəy olduğunu nümayiş etdirib. Bu seçkilər bizim döstlarımızı sevindirib, düşmənlərimizi isə narahat etdi. Seçkilərdən qabaq ABŞ və Avropanın mövqeyi, sonrakı mövqeyi ilə heç üst-üstə düşmədi. Onlar seçkidən öncə xalqı seçkilərdə iştirak etməməyə çağırırdılar. Lakin xalqımız onların istədiyinin əksinə olaraq seçkilərdə fəal iştirak etdi. Necə ki, 85 faiz seçici, 40 milyon nəfərin fəallığı onları çaş baş qoydu. Onlar bunu anladılar ki, xalqımız atomla bağlı mövqeyi, həmçinin yaxın şərqdə İranın mövqeyi ilə barışmalıdırlar. Onlar bu nəticələri belə güman etmirdilər. Ona görə də seçkilərin nəticələrini saxta olduğunu iddia etməyə başladılar. Bu xarici qüvvələri isə ixtişaşçıların səyi, bəzi məğlub olan namizədlərin sözləri təhrik edici addımlara sövq etdi. Bu sionist və xarici cəsusların işləridir. Onlar belə güman edirlər ki, bura Gürcüstandır. Xeyr bura Gürcüstan deyil. Onlar sübut etdilər ki, onlar hələ İran xalqını yaxşı tanımır” deyib.

Avropa və ABŞ-ın insani haqlarından danışıb amma bəzi məzlum xalqları soyqırıma məruz qoyması və səssiz qalmasına işarə edən Ayətullah Xamenei: “ Mənim üçün ən acı məqam budur ki, qərblilər bəşər haqlarından danışırlar və İran xalqı üçün narahat olduğunu önə çəkirlər. Ancaq onu bilməlidirlər ki, İraq, Əfqanıstan, Qəzzadakı cinayətləri heç kəsin yaddından çıxmayıb. Onların insan haqlarından danışmağa haqları yoxdur. Biz əlbəttə ki, bilirik ki, İran xalqı dünya məzlumlarını müdafiə etdiyinə görə həmişə tənqid atəşinə tuş gəlib. Əlbəttə ki, bu günlərdə baş verənlər İran xalqının ədalət pərəst mövqe tutduğuna görədir.”-deyib.

İran İslam İnqilabı liderinin İmam Zaman ağaya müraciət edərək: “Ey mənim ağam və sərvərim, mən bu naqabil canımı və cismimi bu yolda fəda etməyə hazıram. Biz bu yoldan heç vaxt dönməyəcəyik, axıra qədər bu yolu qüdrətlə davam etərik. Ağa bu sizin məmləkətinizdir. Bizim üçün dua edin. Sizin dualarınıza möhtacıq”-sözləri isə bütün cümə namazına gələnləri ağladıb.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 19