Bəyənatda sionist İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfəri sərt şəkildə pislənilir
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri-nin Türkiyədəki müxbirinin məlumatına görə Türkiyənin "Fələstin könülllüləri" adlı birliyi bəyənat yayımlayıb.
Bəyənatda sionist İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfəri sərt şəkildə pislənilir.
"Bizlər Türkiyədəki Fələstin Könüllüləri olaraq, cani və soyqırımçı Şimon Peresi Bakıya dəvət edən Azərbaycan rəhbərliyini şiddətlə qınıyır, Azərbaycandakı qardaşlarımızla əllərimizi birləşdirərək "Qatil Peres Azərbaycandan rədd ol" deyirik".