Öcalan açıqlamasında Rəcəb Tayyib Ərdoğanın ətrafındakı insanlar tərəfdindən aldadıldığını deyib: "Mən demirəm ki, baş nazir pis niyyətlidir
Türiyə servisi/Aran Agentliyi
İmralı adasında məhkum həyatı yaşayan PKK terror təşkilatının lideri Abdullah Öcalan vəkilləri ilə keçirdiyi həftəlik görüşündə kürd problemi barədə açıqlamalar verib. ANS PRESS, Türkiyənin «Vətən» qəzetinə istinadən xəbər verir ki, Öcalan prosesin həlli yolunda addım atmasa baş nazir Rəcəb Tayyip Ərdoğanı "Erqenekon"un bir nömrəli sübhəlisi elan edəcəyi ilə hədələyib.
Öcalan açıqlamasında Rəcəb Tayyib Ərdoğanın ətrafındakı insanlar tərəfdindən aldadıldığını deyib: "Mən demirəm ki, baş nazir pis niyyətlidir. O xoş niyyətlidir. Amma yanındakı müşavirləri ona səhv və yarımçıq məlumatlar verir. Biz ona doğru məlumatları verməyə hazırıq". Abdullah Öcalan, Ərdoğanın PKK-nın siyasi cinahı olan Demokratik Toplum Partiyası (DTP) ilə görüşməyi qəbul etməməsini də tənqid edib: "Baş nazir deyir ki, DTP PKK-nı terrorçu elan etmədən onlarla görüşmərəm. Belə şey olmaz. Baş nazir problemi həll etməlidir və bu yolda hər kəslə müzakirəyə hazır olmalıdır. Həmçinin demokratik qüvvələrin inkişafına və ifadə azadlığına şərait yaradılmalıdır. Mən 7 ildir burda AKP-yə (hakim Ədalət və İnkişaf Partiyası) dözürəm".
Terrorçubaşı daha sonra Türkiyənin baş nazirini hədələyib. "Baş nazir problemin həlli yolunda addım atmasa, burdan onu "Erqenekon"un bir nömrəli şübhəlisi elan edəcəyəm. Dəniz Baykal və Devlet Baxçalıya sözüm yoxdur. Amma onları da xəbərdar edirəm: faşizmdən uzaq olun və prosesin qarşısını kəsməyin".