Tarix : 2009 Jun 20
Kod 12538

İranda cəsus-terrorçular həbs edilib

İran Xüsusi Xidmət orqanları seçki ərəfəsində İranda kütləvi terrorlar törətmək planlaşdıran bir neçə terrorçu dəstəni zərərsizləşdiriblər
İRİ Servisi/Aran Agentliyi
İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə İran Xüsusi Xidmət orqanları seçki ərəfəsində İranda kütləvi terrorlar törətmək planlaşdıran bir neçə terrorçu dəstəni zərərsizləşdiriblər.

Verilən məlumata görə terrorçular seçki günü Tehranda İrşad və Ən-Nəbi adlı məscidlərə partlayıcı qurğu qoymaq istəyirmişlər.


"İran xüsusi xidmət orqanlarının sayıqlığı nəticəsində bir neçə terrorçu dəstə zərərsizləşdirilib"-bəyənatda belə deyilir.


Həmçinin yayılan bəyənata görə seçkilərdə qarışıqlıq yaratmaq məqsədilə xarici kəşfiyyat orqanları, xüsusilə İsrail kəşfiyyatına cəsusluq edənlər 20-dən çox seçki məntəqəsində parltayış törətmək planlayırmışlar.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 20