Tarix : 2009 Jun 20
Kod 12539

Son üç gündə Rusiyanın iki eyni tipli qırıcısı qəzaya uğrayıb

Rusiya Ordusunun Hava Qüvvələrinin mətbuat xidməti də faktı təsdiq edərək hal hazırda qəza ilə bağlı araşdırma apardığını ölkə KİV-lərinə məlumat verib
Rusıya servisi/Aran Agentliyi
Rusiyada daha bir qırıcı qəzaya uğrayıb.

İslam-Azeri-nin Rusiya mətbuatına istinadlı xəbərinə görə Rusiyanın Rostov əyalətinin Morozovski rayonunda SU-24 tipli qırıcı qəzaya uğrayıb.

Bu barədə İnterfaks xəbər agentliyi xəbər yayıb.

Verilən məlumata görə Rusiya Ordusunun Hava Qüvvələrinin mətbuat xidməti də faktı təsdiq edərək hal hazırda qəza ilə bağlı araşdırma apardığını ölkə KİV-lərinə məlumat verib.

Həmçinin xəbər agentliyinin məlumatına görə 17 iyunda eyni tipli qırıcı Murmansk rayonunda da qəzaya uğradığını və bu tipli qırıcıların uçuşunun dayandırıldığını önə çəkir.

Hərbi ekspertlər qəzaların səbəblərinin hələ məlum olmadığını və xüsusi araşdırmaya başladıldığını açıqlayıblar.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 20