Tarix : 2009 Jun 20
Kod 12553

İctimaiyyətin Peresin Bakıya gəlməsinə münasibəti

ş
Azərbaycan servisi/Aran Agentliyi
Hacı Şahin Həsənov: “Şimon Peresin Azərbaycana gəlişinə bizim münasibətimiz təbii ki, çox mənfidir”Hacı İlqar İbrahimoğlu: “Azərbaycan müsəlman ölkəsi olduğu üçün Şimon Peres Azərbaycana gəlməməlidir”

Məşhədi Natiq Kərimov: “Fələstin torpaqlarına təcavüz eləmiş, milyonlarla insanı qaçqın vəziyyətinə salmış bir rejim başçısının Bakıya gəlməsi bizim kimi müsəlman ölkəsi üçün çox utandırıcı bir məsələdir”

Hacı Gündüz Hacıyev: “Əslində bu səfəri Azərbaycanı istəməyən bir sıra xarici qüvvələr var ki, onlar təşkil edirlər”

Hacı Ceyhun Cəfərov: “Bu cür işğalçı rejim başçısının Azərbaycana gəlməsi Azərbaycan üçün İslam aləmində böyük xələl gətirə bilər”

Son zamanlar ölkədə Şimon Peresin Azərbaycana gəlişi ilə bağlı gedən müzakirələr daha da fəallaşıb. Artıq uşaqdan-böyə hamı günahsız insanlar qatilinin Azərbyacana gəlişindən danışır. Biz də bütün bu müzakirələri nəzərə alaraq Peresin Azərbaycan səfərini aydınlaşdırmaq üçün növböti dəfə Azərbaycanın siyasi və ictimai insanlarının fikirlərini öyrənib sizə təqdim etmədəyik. İlk olaraq “Mənəvi Dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənova müraciət etdik o bildirdi ki, Şimon Peresin Azərbaycana gəlişinə bizim münasibətimiz təbii ki, çox mənfidir. Və səbəbi də İsrail dövlətinin, sionist rejiminin mövqeyi, müsəlmanların mənafeyinə qarşı yönəlmiş mövqedir. Bir çox hallarda da müsəlmanlara qarşı amansız rəftar eliyən bir qaniçən cinayətkar rejimin başçısının Azərbaycana gəlməsi, düşünürəmki Azərbaycan xalqının, ümumiyyətlə müsəlmanların heysiyyətinin təhqir olunmasıdır. Peresin Bakıya gəlməsini olduqca mənfi qiymətləndirirəm. Peresin Azərbaycana gəlişinin Azərbaycan üçün nə dərəcədə xeyirli olmasına gəldikdə isə, bəzi hallarda belə təbliğat aparılır ki, İsrailnən Azərbaycanın ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan xalqının, dövlətinin mənafeyinə uyğundur. Və belə əsaslar gətirirlər ki, yəhudi lobbisi dünyada Azərbaycanın mövqeyini, xüsusilədə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Amma dünyada güdən proseslər bu sadaladıqlarımızın tam əksini göstərir. Yəni sionist rejimi BMT-də keçrilmiş bir çox səsvermələrdə Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməyib. Bir mənalı olaraq bu səfərin Azərbaycan mənafeyinə hər hansı bir xeyri yox, əksinə mənfi təsiri ola bilər. Peresin Bakı səfərinin Azərbaycan üçün mənfi cəhəti də bu ola bilər ki, Azərbaycanın İslam dünyasından uzaqlaşmasına və müsəlman vəhdətinə xələl gətirə bilər. Azərbaycan özü işğaldan əziyyət çəkən bir dövlət olduğu halda, başqa bir xalqın torpaqlarını işğal eləmiş rejimin başçısının Azərbaycana gəlməsi Azərbaycanın mənafeyinə heç bir yolla xidmət edə bilməz.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu da cinayətkarın Bakıya gəlməsinə etiraz etdi: “Şimon Peresin Azərbaycana gəlişi ümumiyyətlə bir az qəribə görünür ona görə ki, Azərbaycanla Peresi heç nə bağlamır. Azərbaycan müsəlman ölkəsi olmağla yanaşı terrora, qətliama məruz qalan bir ölkədir. Azərbaycan müsəlman ölkəsi olduğu üçün də Peres Azərbaycana gəlməməlidir. Terroçunun terrora məruz qalan bir ölkədə nə işi var? Ona görədə istənilən anlamda Şimon Peresin Azərbaycan da itirib-axtaracağı bir şey yoxdur. Peresin Azərbaycana nə verə bilməsi məsələsinə gəldikdə isə, bəli Peresin gəlişı, Azərbaycan səfəri Azərbaycana İslam dünyasında qınağ verə bilər. Bundan başqa Peresin səfəri Allah tərəfindən Azərbaycana bəla verə bilər. Və bir çox başqa mənfi amillər verə bilər.”
Nardaran Ağsaqqallar Şurasının sədri Məşhədi Natiq Kərimov da məlub baş vere biləcək səfərə etiraz etdi: “Şimon Peresin və ümumiyyətlə İsrail dövlət rejiminin hər hansı bir yüksək rütbəli məmurunun Azərbaycana səfərini çox pis qarşılıyıram. Və buna qarşı öz etirazımızı həmişə bildirmişik və bilidirəcəyik də. Ona görə ki, yarandığı gündən Fələstin torpaqlarına təcavüz eləmiş, milyonlarnan insanı qaçqın vəziyyətinə salmış bir rejim başçısının Bakıya gəlməyi bizim kimi müsəlman ölkəsi üçün bu çox utandırıcı bir məsələdir. O ki qaldı Peresin Azərbaycana gəlməsinə nə kimi zəruriyyət var, bu məsələnin dəqiq zəruriyyətini Peresi Azərbaycana dəvət edənlər bilər. Amma mənim bildiyimə görə Azərbaycanın bu rejimlə əlaqə yaratmağın əsas səbəbi hal-hazırda bizim qanunların diktatura rejiminə keçirdiklərinə görə, özlərinə bu cür diktatura rejiminə malik olan ölkələrdən arxa, dayaq tutmaq istəyirlər. Elə buna görədə Peresi Azərbaycana dəvət ediblər. İsrailin Azərbaycana verə biləcəyi başqa heç nə yoxdur. Heç bir dəstəkdən də söhbət gedə bilməz. Çünki BMT-nin Azərbaycanın ərazi bütövlüyü məsələsində keçirdiyi sorğularda İsrail daim Azərbaycanın ərazi bütövliyinin əleyhinə çıxış edib. Və eyni zamanda bildiyiniz kimi İsrail rejimi daima Ermənistanda təlim keçmiş bir rejimdir. Bir sözlə Peresin Azərbaycana gəlişi Azərbaycana heçnə verə bilməz, əksinə Azərbaycandan ancaq ala bilər. Ümumi götürəndə Bakı Ceyhan neft kəməri vasitəsi ilə axan Azərbaycan neftinin 20 faizi İsrailə verilir. Daha hansı pulnan və necə verilir bunları yalnız hökumət özü bilir. Axı İsrailin nəyi var ki, Azərbaycana da nə isə versin. Fəqət İsrailin guya Amerikada bir lobbisi var ki, guya gələcək məsələlərdə bu lobbi bizi dəstəkləyəcək. Amma mən bunun bizi dəstəkləyəcək bir halını görmürəm. Hələ O vaxtı İsrail qətnamə qəbul edib ki, guya Azərbaycan təcavüzkarlıq edərək Ermənistanı blokada şəraitində saxlayır. Heç hələ neçə illərdir bir dənə bu qətnaməni dəyişməyiblər.”
Fəzilət Partiyasının sədri Hacı Gündüz Hacıyev də məsələ ilə baglı etiraz etdi: “Ümumiyyətlə belə bir səfərlərin Azərbaycana heç bir xeyri yoxdur . Əslində bu səfəri Azərbaycanı istəməyən bir sıra xarici qüvvələr var ki, onlar təşkil edirlər. Bu addımı atmaqla Azərbaycan üçün beynəlxalq səviyyədə müəyyən problemlər yaratmaq istəyirlər. Onlar ilk növbədə Azərbaycan-İran, Azərbaycan-Türkiyə münasibətlərində həmişə gərginliyin olmasını, hakimiyyətlər arasında da etibarsızlığın, inamsızlığın olmasını istiyirlər. Və o cümlədən belə bir səviyyədə bu dövlətlər arasında müəyyən problemlər yaratmaq istiyilər ki, bu artıq yalnız hakimiyyətlər səviyyəsində deyil bütövlikdə bu dövlətlərin ictimaiyyəti arasında müəyyən bir inamsızlıq olsun. Bu onlara nəyə görə lazımdır? Çünki bütövlikdə Azərbaycana bu dünyada bir neçə yaxın dövlət var ki, Azərbaycanı başa düşür, və Azərbaycanın ağrılarını, problemlərini öz problemi kimi qəbul edir. Həmin bu dövlətlər İran və Türkiyə dövlətidir. Və təbii ki, bu dövlətlərnən problemlərin yaranması üçün də onlar Peresin Azərbaycana gəlişini təşkil edirlər. Mənim fikrimcə bu səfərə ancaq bu baxımdan yanaşmaq olar və Azərbaycan hakimiyyəti də, ictimaəyyəti də bu təhlükəni görməlidir. Hakimiyyət öz üzərinə düşən məsuliyyəti dərk etməlidir və adekvat addımlar atmalıdır. Təbii ki, ictimaətdə bu məsələdə kənarda qalmamalıdır. Qanunlar çərçivəsində müəyyən çıxışlarnan, etiraz məktubları ilə öz etirazlarını bildirməlidirlər. Çünki Azərbaycan ictimaiyyətinin İsrailə başqa mövqeyi ola da bilməz. Və İsrailin cinayətlərinə qarşı bu etirazlar ədalətli etirazlardır. Əgər bu səfərin qarşısı alınmasa mənim fikrimcə regionda İranın Azərbaycanla münasibətləri, İslam konfransı təşkilatlarının mövqeyi indikindən fərqli bir mövqe olacaqdır. Bu indidə hiiss olunmasa gələcəkdə Azərbaycana beynəlxalq aləmdə problemlər yaradacaq. Biz hakimiyyətlə, xalqla əl-ələ verib bu səfərdən imtina etməliyik. Bütövlükdə dünyada böyük nüfuzu olan İran və Türkiyə kimi dövlətlərnən Azərbaycan arasındakı əlaqələrə xələl gəlməsinə imkan verməməliyik. Onu da qeyd edim ki, Peresin Azərbaycana səfəri Azərbaycana heçnə verə bilməz. Axı İsraili bir tərəf kimi dünyada heç kim qəbul eləmir. Bəli bir sıra dövlətlər varki Amerikada və Avropada İsrailin kartı ilə oynayır. Yaxın şərqdə problemlər yaradırlar. Xüsusilə qonşu dövlətlərə qarşı işğalçılıq siyasəti aparırlar. İsrail vasitəsi ilə İslam dünyasında müəyyən bir parçalanma aparıblar. Belə bir tərəfin Azərbaycana nə xeyri ola bilər? Azərbaycan cəmiyyəti bu xeyri Türkiyədən, İrandan, Rusiyadan Avropanın digər bir dövlətləri ilə əlaqə saxlayıb qarşılıqlı səviyyədə öz mənafeyini qura bilər. İsrailin nə siyasi baxımdan, nə iqtisadi baxımdan Azərbaycana heç bir xeyri ola bilməz. Əksinə İsrail Azərbaycan ziyan gətirə bilər. Əgər doğrudan da İsrail Azərbaycana xeyir verə bilərsə Amerikadakı güclü lobbisi vasitəsi ilə 907 azadlıq haqqının Azərbaycana qarşı qəbulunun qarşısını alaydı. Əgər bu və ya digər şeylər yoxdursa Azərbaycan hakimiyyəti və ictimaiəti nə üçün Peresin Azərbaycana gəlişinə dözməlidir. Və mənim fikrimcə bu səfərdə hakimiyyət və xalq birdəfəlik imtina etməlidir.
İlahiyyətçı Hacı Ceyhun Cəfərov da qaniçənin ölkəmizə səfərini pislədi: “Azərbaycan özü bir müsəlman ölkəsidir və İslam dünyasının bir parçasıdır. Şemon Peres də işğalçı bir rejimin başçısı olaraq Azərbaycana gəlməsi də elə bu baxımdan problemlidir. Tək Azərbaycana yox bütün İslam aləminə bu məsələ problemli görünür. Belə baxanda bu səfər Azərbaycanın özünə böyük bir zərbə ola bilər. Ən azından Azərbaycanı əhatə edən müsəlman ölkələri, başda İran İslam ölkəsi olmaqla münasibətlərin pozulmasına gətirib çıxara bilər. Bu səfər məsləhətli bir səfər deyil. Bu yaxınlarda Qəzza da İsrail tərəfindən baş verən qanlı olaylar bütün müsəlmanları qəzəbləndirib. Bu cür işğalçı rejim başçısının Azərbaycana gəlməsi Azərbaycan üçün İslam aləmində böyük xələl gətirə bilər. Qaldı ki, Peresin Azərbaycana gəlişi Azərbaycan üçün nə verə bilər, bunu deyə bilərəm ki, Peresin Azərbaycana gəlişi Azərbaycan üçün yalnız problem verə bilər. Ümumiyyətlə onun bura gəlməyinə heç bir səbəb yoxdur. Məsələn, hansısa bir qonşu dövlətin rəhbəri Azərbaycana gəlirsə bu dölətlər arasında hansısa siyasi, iqtisadi bir imzalanma olarsa və bunu başa düşmək olar. Amma İsrail Azərbaycanla qonşu dövlət olmadığı halda onun bu ölkəyə səfəri Azərbaycan üçün nə verə bilər axı? Ümumilikdə Peresin Azərbaycana gəlişinin Azərbaycan üçün heç bir xeyri yoxdur, əksinə Azərbaycan üçün istənilən qədər ziyanı vardır ki, bunlardan biri Azərbaycanın qonşu dövlətlərnən əlaqələrinin pozulmasına gətirib çıxara bilər. Onlardan da ən başlıcası İrandır. Demək olar ki bizim cənub bölgəmizdə bütün rayonlarımız İranla qonşudur. Və bu rayonlarda yaşayan vətəndaşlarımızın müəyyən məsələlərlə əlaqədar, yəni maddi rifahın düzəlməsi baxımından İrana ged-gəlişi var. Bu baxımdan Peresin Azərbaycana səfəri bizə müəyyən problemlər yarada bilər. Ümumiyyətlə istər Türkiyə, istərsə də İranla münasibətlərimizin pozulmasına gətirib çıxara bilər. Bu isə yolverilməzdir.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 20