Tarix : 2009 Jun 21
Kod 12560

Ayətullah Xameneinin sadə həyat tərzi

Bir dəfə cənab Rəhbərin evində qonaq idim. Söhbət uzun çəkdi, axşam düşdü. Mənə şama qalmağı təklif etdi...
İİR servisi/Aran Agentliyi
Mən Ayətullah Xameneinin dolanışıq səviyyəsindən xəbərdar bir insan kimi bəzi həqiqətləri müsəlmanlara çatdırmağı özümə zəruri bilirəm. Rəhbərin süfrəsində yalnız bir növ xörək olur. Evinin döşəməsinə kovrolit (sintetik döşənəcək) döşənib. Evində təkcə bir sapları görünən köhnə xalça var. Güman ki, bu da həyat yoldaşının cehizidir...


Sabiq ordu komandanı Rəhim Səfəvi deyir:
Bir dəfə cənab Rəhbərin evində qonaq idim. Söhbət uzun çəkdi, axşam düşdü. Mənə şama qalmağı təklif etdi. Mən onunla bir süfrədə oturmağı səadət saysam da, ədəb xatirinə "zəhmət olar" –dedim. "Nə varsa, ondan da yeyəcəyik" – deyib məni saxladı. Süfrə salındı. Mən bir daha əmin oldum ki, Rəhbərin sözü ilə əməli birdir...


Ayətullah Xamenei həmin sapları görünən xalça ilə bağlı buyurur:
Ailə həyatı quranda xanımım bir xalça cehiz gətirib. İndi də ondan istifadə edirik. Evimizdə başqa xalça yoxdur. Ailəm onu dəyişmək istəsə də razı olmamışam. Ömür boyu xalça almamışam...


Ayətullah Cavadi Amoli deyir:
Cənab Rəhbərin qonağı idim. Oğlu Mustafa süfrə saldı. Rəhbər ona "sən gedə bilərsən" – dedi. Mən Mustafanın bizimlə oturmasını istədim. Rəhbər buyurdu: "Süfrədəki beytül-maldır, sən də beytül-mala qonaqsan. Mustafa isə o biri otaqda ev süfrəsində oturar..."
  • Yazılıb
  • da (də) 2009 Jun 21