İrandakı hadisələr iranlıların düşmənlərinə böyük sevinc bəxş edib. Deməli, hər bir İran vətəndaşı bunu anlayaraq, əmin-amanlığın bərpası üçün əlindən gələni əsirgəməməlidir
İİR servisi/Aran Agentliyi
«Yeni Şərq»in verdiyi məlumata əsasən, İsrail prezidenti Şimon Peres İranda etiraz edən müxalifəti dəstəkləyib. Onun sözlərinə görə, ümid var ki, "Tehranın sərt siyasətinə son qoyulacaq".
Ş.Peres etirazçıları "azadlıq çağırışını gücləndirməyə çağırıb". İsrail lideri ümid edib ki, "İranın zəif hökumətinin sonu çatıb".
"Yeni Şərq"dən. Əlbəttə ki, qonşu ölkədəki hadisələr hər bir vicdanlı müsəlmanı sarsıdır. Və əlbəttə ki, hər bir belə hadisə cidii araşdırmalı, günahkarlar cəzalarına çatmalıdırlar. Amma bir şey artıq indidən aydındır: İrandakı hadisələr iranlıların düşmənlərinə böyük sevinc bəxş edib. Deməli, hər bir İran vətəndaşı bunu anlayaraq, əmin-amanlığın bərpası üçün əlindən gələni əsirgəməməlidir.