Tarix : 2009 Jun 22
Kod 12581

HƏDƏFDƏ GÜNƏŞLİDƏKİ “HƏZRƏT FATİMƏ (s.ə)” MƏSCİDİDİR?

Keçən həftənin sonundan etibarən Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən “Həzrət Fatimə (s.ə)” məscidinin bağlnamasına və sökülməsinə dair DEVAMM-a məlumatlar daxil olur
Azərbaycan Servisi/Aran Agentliyi
Keçən həftənin sonundan etibarən Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən “Həzrət Fatimə (s.ə)” məscidinin bağlnamasına və sökülməsinə dair DEVAMM-a məlumatlar daxil olur. DEVAMM sədri İlqar İbrahimoğlu bildirir ki, günorta vaxtı məscidə icra hakimiyyətinin nümayəndələrinin gəlməsi və inanclı insanların məscidə gəlməmələrinə dair xəbərdarlıq etməsi barədə siqnallar daxil olmuşdur. Xəbər verildiyinə görə, icra hakimiyyəti nümayəndələrindən dərhal sonra polis qüvvələri əraziyə cəlb edilmişdir.

Polis işçiləri birmənalı olaraq inanclı insanlara bildirmişlər ki, axşam vaxtı məsciddə namaz qılmağa icazə verilmyəcəkdir. Axşam çağlarında namazdan öncə məscidə gələn polis məmurları məscidin axundu ilə danışıqlarda qeyd etmişlər ki, onlara burada namaz qılmağa icazə verilməməsi haqqında göstəriş verilib. Danışıqların sonunda məscid məsulları namaza gələn inanclı insanlara bildrimişlər ki, axşam namaz qılınmayacaq. Artıq sabahı gün gunortadan etibarən inanclı insanlara məscidə girişə qadağa qoyulmuşdur.

DEVAMM sədri İlqar İbrahimoğlu vicdan azadlığı sahəsində yaşanan bu olayla bağlı dərin narahatlığını təzahür etmiş və inanclı insanların ibadətinə maneə törədilməsinin acı təəssüf doğurduğunu bildirmişdir. DEVAMM sərdi vurğulamışdır ki, rəhbərlik etdiyi qurum vəziyyətin monitorinqini davam etdirir. Hal-hazırda yüzlərlə inanclı insan bu məsciddə ibadət etmək imkanından məhrum edilmişlər. Deyerler.Org
  • Yazılıb
  • da (də) 2009 Jun 22