Tarix : 2009 Jun 22
Kod 12582

Türkiyədə hicablı xanım millət vəkilini sualları ilə susdurdu

Türkiyənin Konya əyalətində bir tədbirdə iştirak edən CHP-çi millət vəkili Kamal Kılıçdaroğlu, hicablı xanımın sərt sulları ilə qarşılaşıb
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin Konya əyalətində bir tədbirdə iştirak edən CHP-çi millət vəkili Kamal Kılıçdaroğlu, hicablı xanımın sərt sulları ilə qarşılaşıb.

"Dünya Bülteni" saytının verdiyi xəbərdə bildirilir ki, Konyanın Akşəhər bölgəsində Türkmən Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirdə iştirak edən CHP-in millət vəkili Kamal Kılıçdaroğlu ilə universitetin ikinci kurs tələbəsi olan hicablı xanım arasında kiçik bir dialoq olub. Həmin dialoq ölkədə böyük səs-küy doğurub. Belə ki, hicablı xanımın suallarına millət vəkili cavab verə bilməyib.

Həmin dialoqdan bir parça:

Hicablı xanım: Mən və mənim dostlarım bilmək istəyir ki, Türkiyədə hicab probleminin həll etmək üçün CHP nə fikirləşir?

CHP-li millət vəkili: Biz iqtidara gələndən sonra məsələ öz-özünə həllini tapacaq.

Hicablı xamın: Yəni qanunun ləğv olunmasını istəyirsiniz?

CHP-li millət vəkili: Yox, elə bir şey demədim. Baxın, inanc siyasət üçün vasitə deyil. Biz dini olduğu kimi qəbul edirik. Dinimizi müzakirə etmərik, elə deyilmi?

Hicablı xanım: Çox gözəl danışırsınız, amma məsələ işə gəlincə, nədənsə mənim başörtüm bir çox şeyə mane olur. Bu da mənə çox maraqlı gəlir.

CHP-li millət vəkili: Diqqət edin, insanların hansının daha müsəlman olduğunu kim müəyyən edir.

Hicablı xamın: Yalnız Allah.

CHP-li millət vəkili: Gözəl. Demək ki, insanlar dini dəyərləri ilə mühakimə oluna bilməzlər.

Hicablı xanım: Mənim Allahla aramıdakı ibadətimə də kimsə müdaxilə edə bilməz, elə deyilmi?

CHP-li millət vəkili: Əlbəttə, heç kim.

Hicablı xanım: Amma müdaxilə edirlər.

CHP-li millət vəkili: Siz universitetə getməklə yalnız universitetdəmi ibadət edirsiniz? Həyatın hər sahəsində hər yerində insanlar Tanrıya, Allaha ibadət edirlər. Allah ilə birlikdə olurlar. Siz nə vaxt ibadət etdiyinizi özünüz müəyyənləşdirin.

Hicablı xanım: Yəni, ibadətdə güzəşt eləyim. Deməli, biz əvvəlcə başımızı açmalıyıq. Daha sonra başqa güzəştlər tələb olunacaq. Mən Allahla aramda olan ibadətlərin heç birini bada vermək istəmirəm. Çünki, bir ibadətimizdə səhlənkar olduğumuz zaman, digərləri də arxasınca gəlir.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 22