İİR-nin prezidenti deyib: İran demokratiya və idarə etmə sahəsində dünyada öncüldü
İİR Servisi/Aran Agentliyi
İİR-nin prezidenti deyib: İran demokratiya və idarə etmə sahəsində dünyada öncüldür. Müxbirimizin məlumatına görə Mahmud Əhmədinejad bazar günü İranın Silahlı Qüvvələrinin hərbi sənaye araşdırmaları festivalında deyib: Buy gün İran elm, demokratiya və idarə etmə sahəsində öncül ölkədir və bu ölkədə keçirilən son prezident seçkiləri zorakı və imperialist qüdrətlərin dünyaya ağalığının sonu üçün bir başlanğıcıdır.
Əhmədinejad İranda keçirilən 10-cu prezident seçkilərini dünyada mövcud olan münasibətlərdə böyük bir dəyişikliyin mənşəyi adlandırıb və deyib: Bu seçkilərdə İranda nümayiş etdirilən demokratiyanın nümunəsi misilsiz idi və qərb ölkələrinə hakim kəsilmiş demokratiyaları problemlərlə üzləşdirdi.
İran prezidenti əlavə edib: Qərb ölkələrində demokratiya tamamilə nəzarət altına alınmış bir demokratiyadır və xalqın seçkilərdəki iştirakı formal xarakter daşıyır.
Amma İslami İranda şahidi olduğumuz hadisə həqiqətən xalqın iradəsinin təzahürü idi.
Əhmədinejad ABŞ və İngiltərə başçılarının İranda keçirilən seçkilər ilə bağlı nöqteyi-nəzərlərini onların özlərini və dünyaya hakim kəsilmiş çürük quruluşu himayə sahəsindəki səyləri adlandırıb və deyib: İranda keçirilən seçkilərin ardınca onlar öz varlıqlarından nigaran olmağa başlayıblar və dünyaya hakim etdikləri 100 illik zorakılıq quruluşunu müdafiə etməyə çalışırlar.
İran prezidenti habelə deyib: Bu gün düşmənlər bir xalqın öz potensialını tanımasından və bütün dünya üçün bir nümunəyə çevrilməsindən nigarandırlar.