Tarix : 2009 Jun 23
Kod 12600

Nardaranda aksiya

Kənd sakinlərinin, Nardaran Ağsaqqallar Şurasının və Həzrəti Rəhimə Xanım adına Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Fondunun təşkilatçılıqı ilə keçiriləcək tədbir ...
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri-nin Birlik.az saytına istinadlı xəbərinə görə Nardaranda növbəti etiraz aksiyası keçiriləcək.

Kənd sakinlərinin, Nardaran Ağsaqqallar Şurasının və Həzrəti Rəhimə Xanım adına Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Fondunun təşkilatçılıqı ilə keçiriləcək tədbir sionist rejim prezidenti Şimon Peresin bakıya səfərinə, Dini Etiqad Azadlığı Haqqında Qanuna son əlavə və dəyişikliklərə və Yeni Günəşli “Fatimeyi Zəhra” məscidinin bağlanmasına etiraz olaraq təşkil olunur.

Nəzərinizə çatdıraq ki, sonuncu aksiya yanvarın 9-unda keçirilmiş, bu aksiyada Sabir Rüstəmxanlıya qarşı hədə edilməsi ittihamı ilə Nardaran sakinləri Hacı Əli və Hacı Hikmət həbs edilmişdi.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 23