Tarix : 2009 Jun 24
Kod 12605

İsrail prezidentinin Azərbaycana səfərinə etiraz olaraq İstanbuldakı Azərbaycan konsulluğunun qar...

28 iyunda İstanbulun Levent metrosu yaxınlığından Azərbaycan konsulluğuna kimi təşkil edilən yürüş bir neçə təşkilat tərəfindən həyata keçiriləcək
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri-nin Türkiyədəki müxbirinin verdiyi məlumata görə İsrail prezidentinin Azərbaycana səfərinə etiraz olaraq İstanbulda Azərbaycan konsulluğunun qarşısında etiraz aksiyası keçiriləcək.

Bu barədə müxbirimizə Fələstin könüllüləri qrupundan məlumat verilib.

28 iyunda İstanbulun Levent metrosu yaxınlığından Azərbaycan konsulluğuna kimi təşkil edilən yürüş bir neçə təşkilat tərəfindən həyata keçiriləcək.

Konsulluq önündə isə "Fələstin könüllüləri" qrupunun bəyənatı mətbuata açıqlanacaq.

Aksiyada Türkiyə müxbirimiz də iştirak edəcək.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 24