İsrail rejiminin prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri iyunun 28-29-da olacaq. Bu barədə Turana məlumatlı diplomatik mənbələrdən bəlli olub
Azərbaycan Servisi/Aran Agentliyi
İsrail rejiminin prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri iyunun 28-29-da olacaq. Bu barədə Turana məlumatlı diplomatik mənbələrdən bəlli olub.
Azərbaycan rəhbərliyi ilə rəsmi görüşlərlə yanaşı, Peresin Bakı universitetlərindən birində çıxışı nəzərdə tutulur. Səfər çərçivəsində müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanacağı gözlənilir.
Bu, ikitərəfli münasibətlər tarixində İsrail rejiminin prezidentinin Azərbaycana ilk səfəri olacaq.