Tarix : 2009 Jun 24
Kod 12612

Təbrizli yazıçı və tədqiqatçının Azərbaycan Respublikasının prezidentinə ünvanladığı açıq məktub

.
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikasının hörmətli prezidenti cənab İlaham Əliyev!
 
Salam əleyküm,
İstəyi bütün istəklərə qalib gələn Allahın adı və yadı ilə sözə başlayıram və sizinlə bir neçə dəqiqəlik söhbətə otururam. Təxminən bir il əvvəl mənim sizə ünvanladığım məktub “Təbrizli yazıçı və tədqiqatçısının Azərbaycan respublikasının prezidentinə ünvanladığı məktub” başlığı altında İranın və Azərbaycan Respublikasının bəzi qəzet və xəbər agentliklərinin vasitəsilə yayılmışdır. Bunun ardınca sizin XİN Mətbuat Xidmətinin sədri cənab Xəzər İbrahim jurnalistlərə açıqlamasında bildirmişdir ki, məktubun yazrının kimliyi məlum olmadıöına görə, bu barədə cavab verməyə ehtiyac duymur.Təbii ki, mən də bu məktuba cavab verilməsini gözləmirdim. Çünki, siyasət aləmində bir ölkənin prezidentinin digər ölkənin dövlətdə vəzifəsində olmayan bir yazçısının məktubuna cavab vrmək ənənəsi yoxdur. Əlbəttə, sözü gedən məktuba təsəvvür edılən ən yaxşı cavab isə, məktubun sizin qərarlarınza təsir etməsi idi. Bu aspektdən də, sözü gedən məktubu bəzi məsələlərdə təsirli olduğunu düşünmək olar. Həqiqət belədir ki, azərbaycanlı əsgərlərin şiə olkəsi kimi tanınan İraqakı missiyasının başa çatması, eləcə də Qarabaqğ əlillərinin problemlərinə baxılması və digər istiqamətlərdə verdiyiniz son göstərişə görə, demək olar ki, bu məktubum təsirsiz ötüşməyib və buna görə də ulu Tanrıya şükür edirəm. Lakin, bundan əvvəlki məktubu yazmağıma səbəb olan Azərbaycan xalqının problemlərindən irəli gələn qayğılar hələ də tükənməmiş, hətta bəzi məsələlərdə daha da artmışdır. Bu məktubun onların da aradan qaldırılmasının müqəddiməsi olacağına ümid edirəm.
 
Cəbab Əliyev!
Bundan əvvəl də vurğuladığım kimi, mən Azəri dilli bir iranlı müsəlmanam və İranla Azərbaycan xalqlarını “iki dövlət, bir millət” bildiyimə görə, ölkəmin bir çox vətəndaşı kimi Azərbaycan xalqına qarşı xüsusi həssaslığım və meylim vardır. Həqiqət belədir ki, ortaq tarix, mədəniyyət, dil və məzhəb hər iki ölkənin xalqlarını bir-biri ilə o qədər bağlamışdır ki, məcburi “Türkmənçay” müqaviləsinin bağlanması və cüğrafi baxımdan Araz çayının şimallnda yaşayan sakinlərin İrandan ayrılmasından 180 il keçməsiınə baxmayaraq, bu, hələ də iki ölkənin xalqlarının mədəniyyət və məzhəb baxımından tam ayrılığına sdəbəb ola bilməmişdir. İran İslam inqilabının baş verməsindən sonra, və onun ardınca SSSR-inin dağılması və Araz çayının iki səmtinin arasındaki “dəmir divarların” aradan qaldırılması nəticəsində, bugün İran və Azərbacan xalqlarının arasındaki mədəniyyət və məzhəb ortaqlıqları daha da güclənməkdədir və bu məsələ isə bəzi dairələrin nigaranlığına gətirib çıxarmışdır.
 
Cənab prezident!
Məni bu məktubu yazmağa vadar edən səbəbi aydınlaşdırmaq üçün qeyd etməsini lazım bildiyim yuxarıdakı ön sözdən sonra, bütün çərçivələri və protokol qaydaları bir yana qoyub, sizinlə səmimi danışmağı lazım bilirəm. Sizinlə çərçivələr və protokol qaydalardan kənar, səmimi şəkildə söhbət etməyi lazım bilirəm. Istərdim ki, ana yasası sekular əsaslarda və dinsizliyi təcviz etməklə yazılmış bir ölkənin prezidetn kürsüsünün arxasından bir neçə dəqiqəlik də olusa, qalxıb və Həcc ziyarətinizdə ehram libası əyninizdə olduğu o vaxtkı əhval-ruhiyyə ilə, bir şiə müsəlmanı olaraq, eşq ilə dolu səccadə üzərində durub və Allahın evində yaşla dolmuş gözlərinizlə diqqətlə mavi səmaya baxıb və bir neçə dəqiqə də olsa, fikrinizi ətrafınızda baş verənlərdən azad edib və çevrənizi əhatə edən hər bir şeydən daha dərindən fikirləşəsiniz.
 
Cənab Əliyev!
Heç indiyə kimi insanın yaradılmasının fəlsəfəsi barədə düşünmüsünüzmü? Əcəba, bu günə qədər insanın digər məxluqlarla fərqləri barədə düşünübsünüzmü? Öz barənizdə necə? Doğurdan da, insanın sonu nədir və insanların ölümdən sonrakı talei necə olur? Əcəba, sizin dininiz olan İslam, İslam Peyqəmbərinin əbədi möcüzəsi olan Quran, eləcə də, sizin məzhəbiniz sayılan şiəlik barəsində tədqiqat aparıbsınızmı?
Mən də sizinlə eyn cür fikirləşirəm cənab prezident. Qeyd olunan süallar barədə fikirləşmək kifayət qədər vaxt və dərin məlumat tələb etməklə yanaşı, bəzi ilkin şərtləri də tələb edir ki, məncə hal-hazırda mövcud deyildir. Buna görə də, söhbətə başlamaq üçün cavablandırması çətin olmayan başqa bir süal verirəm.
Süal bundan ibarətdir ki, nazirlərinizdən biri öz şəxsi rəyini sizin göstərişinizdən üstün tutduğu təqdirdə, prezident olaraq necə reaksiya verərsiniz? Neçə dəfə onun tabe olmamasını görməməzliyə qoyarsınız? Sizin göstərişlərinizi yrinə yetirməkdən boyun qaçıran bir nazirə necə dözüm göstərərsiniz? Cavab aydındır. Nə siz, nə də başqa bir prezident belə bir nazirə qəzəblənməyə bilməz. Aydındır ki, belə bir nazirin postundan azad edilməsi, götürülən ən kiçik ölçülərdən biri kimi sayılmalıdır və Azərbaycan Respublikasının keçmiş səhiyyə nazirinin siz tərəfdən vəzifəsindən uzaqlaşdırılması da buna sübutdur.
 
Azərbaycan Respublikasının hörmətli prezidenti!
İndi özünüz qəzavət edin: Bir halda ki, siz bir şiə ölkənin prezidenti olduğunuza rəğmən, şəxsi və anti-dini baxışlarınızı daima ulu Allahın danılmaz iradəsinə üstün tutursunz, o halda yeri-göyü yaradan, bütün bəndələrinin işlərinə nəzarət edən və bütün güclərin mənbəi olan Allahın sizə qarşı rəftarının necə olmasını istərdiniz?
 
Cənab İlham Əliyev!
6 ildir ki, dünyanın ikinci şiə ölkəsi sayılan bir ölkədə prezident kürsüsündə əyləşmisiniz və bu müddətdə isə, şiələrin dini təlimlərinə qarşı mübarizədə əlinizdən gələni əsirgəməmisiniz. Nə zamana qədər belə rəftarlara davam edə biləcəyinizi güman edirsiniz?
 
Cənab prezident!
Bir halda ki, bütün insanların ixtiyarsahibi olan böyük Allahın hökmü budur ki, musəlmanlar arasında həya mədəniyyəti hakim kəsilsin, siz bunun əksinə olaraq, qollarınızı qərbin çılpaq və pozğun mədəniyyətini Azərbaycan müsəlmanları arasında rəvac vermək üçün çırmalayıbsınız. Belə ki, bu gün dolayı və yaxud bilavasitə sizin hakimiyyətin nəzarəti altında ölkənizdə fəaliyyət göstərən bütün telekanallar, qərb  sayağı tərbiyəyə rəvac verməkdədirlər. Bilirsinizmi ki, Azərbaycanın müsəlman xalqı bu siyasətin nəticəsində hansı faciələrlə üzləşmişlər? Azəri ekaspertlərin , ocümlədən Azərbaycan parlamentinin deputatı Məlahət xanım Həsənovanın fikrincə, qərb mədəniyyətinin Azərbaycanın müsəlman cəmiyyətində geniş yayılmasının qöz qabağında olan sonuşlarından biri də, gənclərın arasında intihara cəhd faktlarının gözə çarpacaq dərəcədə çoxalmasıdır. Yaxşı bilirsiniz ki, son 3 ay ərzində Azərbaycan Respublikasının vətəndaşları arasında 150 intihar faktı qeydə alınmışdır.   Təbi ki, Azərbaycanın mədəniyyəti və cəmiyyəti ilə heç bir uyğunluğu olmayan əxlaqsız filmlərın və onun ardınca cinayət xarakterli sujetlərin nümayiş etdirilməsi, xalqın , xüsusilə də gənşlərin psixologiyasını çox dağıdıcı surətdə etkiləyir. İntihara cəhd fəktlarını da bunun pis sonuclarından biri kimi hesab etmək olar və eyn zamanda, pozğunluğun, kişilərin ailə qurmağa meylinin azalması, insan al-veri, xüsusilə də azəri qızların al-verinin artan templə çoxalması və sairə, sizin dövlətinizin pozğunluğu rəvac vermək istiqamətində yürütdüyü siyasətın digər nəhs nəticələri kimi hesab edilir.  
 
Cənab İlham Əliyev!
Bütün nəhy etmələri və göstərişlərində hikmət olan alimlərin alimi olan Allah müsəlman qadınlara naməhrəmlərin qarşısında hicab saxlamağa çağırmışdır. Siz isə, iradə etmişsiniz ki, azərbaycanlı müsəlman qadın ilkin sosial haqlara yiyələnmək istiqamətində, o cümlədən daxili və xarici pasport almaq və üçün, başörtüyünü açmalıdır. Bilirsinizmi ki, komonistlərin hakimiyyəti dönəmində də qanun formasını almayan sizin bu qeyri-dini tələbinizin nəticəsində, qızların bir çoxu təhsillərini davam etdirə bimirlər? əcəba, bilirsiniz ki, hicaba sadiq qaldıqları üçün bir çox qız və qadın Həcc ziyarətindən , eləcə də şiələrin müqəddəs yerləri ziyarət etməkdən məhrum edilmişlər?    
 
Azərbaycan Respublikasının cənab prezidenti!
İnsanları yaradan Allahın qərarı bundan ibarətdir ki, insanlar ilahi təqvalarına görə bir-birindən seçilməlidir. Sizin hakimiyyətdə olduğunuz ölkədə isə qərarınız bu olmuşdur ki, insanlar iqtidar qütbünə bağlılığı, etnik mənsubiyyəti, cinsiyyəti və sərvətləri kimi faktorlarla bir-birindən fərqlənməlidirlər. əcəba , bilirsinizmi ki, sizin bu istəyinizin yerinə yetirilməsilə bir çox insan ilkin haqlarından məhrum edilmişdir? Bilirsinizmi ki, etnik kimliyin milli kimliklə yanaşı qorunması istiqamətində edilən cəhdlər, hakimiyyətdə olduğunuz ölkənin insanlarının taleinə necə təsir edir? Novruzəli Məmmədov da bu kimi insanlardandır ki, qəzetinin yalnız bir nömrəsini talış dilində nəşr etdiyinə görə, neçə ildir ki, yaşlı olmağına baxmayaraq həbsdədir və Kamran adlı oğlu da bir müddət əvvəl müəmmalı şəkildə qətlə yetirilmişdir. Əcəba, bilirsinizmi ki, Azərbaycan müsəlman cəmiyyətində müsəlman azəri qadınlar cinsiyyət ayrıseçkiliyinin nəticəsində hansı çətinliklərlə üzləşməli olmuşlar? Sizin hakimiyyətdə olduğunuz cəmiyyətdə, Qarabağ müharibəsində həyat yoldaşını itirmiş, ailə qurmaq yaşı ötmüş və yaxud, iqtisadi probləmlərin nəticəsində gündəlik tələbatlarının təmin edilməsi üçün süpürgəçilik, çörək sexlərində çalışmaq və qadınların fiziki-psixioloji xüsusiyyətlərinə uyğun gəlməyən digər sahələrdə çalışmaq, eləcə də bandalara qoşulmaqla, çoxlu sayıda şiə qadın və qız öz inanclarını və insani kəramətlərini qurban vermişlər.  
 
Cənab İlham Əliyev!
Azərbaycan Respublikasının müsəlman xalqının bir çox probleminin qaynağı sayılan sizin anti-dini siyasətlərinizin bütün detalları barədə danışmaq istəsəm, onlarla belə faktlı misal göstərməli olacağam. Ona görə də sozü çox uzaltmaq istəmirəm və bunları bir yana qoyaraq, Azərbaycan Respublikasının şiə xalqını və bütün müsəlmanları, xüsusilə də İranın şiə xalqınını nigaran edən son addımlarınız barədə söz açmaq istəyirəm.
 
Cənab prezident!                      
Bakının İslam Mədəniyyəti Paytaxtı kimi tanındığı bir zamanda, din və vicdan azadlığı haqqında qanununa dəyişiklik edilməsi ilə anti-məscid, eləcə də dini fəaliyyətlərin məhdudlaşdırılması siyasətinin yürüdülməsi və sionist rejiminin prezidentinin Azərbaycan Respublikasına dəvət edilməsi, şiə və islama qarşı yönələn 3 addım kimi bütün müsəlmanları, xüsusilə də şiələri şərh edilməz dərəcədə kədərləndirmişdir. Aydındır ki, belə rəftarlar davam edərsə, müsəlmanların kədəri, əməli qəzəb və nifrətə çevriləcəkdir.
 
Cənab Əliyev!
Yəqin ki, Yevlaxdakı məscidin qəsb edilməsi, Şəhidlər məscidinin bağlanması, ilahiyyat universitetindəki məsciddə əzan verilməsinə qadağa qoyulması, Günəşli qəsəbəsindəki inşa edilməkdə olan Fatimeyi-Zəhra məscidinin təxrib edolməsi və son iki ayda baş vermiş oxşar hadisələrin hamısı barədə məlumatlısınız. Əcəba bilirsinizmi ki, məscid İslam mədəniyyətində Allahın evi deməkdir və onun bəndələrinin ibadət məkanı olaraq, xüsusi əhəmiyyətə malik olan yerdir? Və bilirsinizmi ki, məscidlərin hər hansı ölkənin cüğrafi hüdudlarında yerləşməsinə baxmayaraq, müsəlmanların hörmət etdiyi məkanlardır? Və əcəba, bilirsinizmi ki, məscidin boş bəhanələrlə təxrib edilməsi bir milyard yarım müsəlmana hörmətsizlik sayılır? Doğurdan da, Azərbaycanın işqal edilmiş ərazilərindəki neçə məscidi təxrib edən Ermənistan dövləti ilə məscidlərin təxrib edilmək və bağlatdırmağa başlayan Azərbaycan dövlətinin fərqi nədədir ki? Və əcəba, halisinin 95%-i müsəlman olan bir ölkədə, hər gün kilisə və kənisələrin sayının artdığı bir bir şəraitdə, məsicdlər müxtəlif bəhanələrlə təxrib edilməlirirmi? Və...
Cənab Əliyev!
Son vaxtlar, sizin başçılıq etdiyiniz dövlətin anti-dini siyasətləri nəticəsində, iki il əvvəl islah edilmiş dini etiqad və vicdan azadlığı haqqında qanunun yenidən dəyişdirilməkdədir. Bundan məqsəd isə budur ki, həmin qanuna istinad edilərək, dini tədbirləri keçirmək üçün     Azərbaycanlı şiələrinə verilmiş məhdud azadlıq onlardan alınsın və şiə qurumların fəaliyyəti daha da məhdudlaşdırılsın. Sizin dövlət xadimləri sözü gedən qanunda dəyişikliklər etməklə, müsəlmanların xaricdə dini təhsil almalarını yasaqlamaq və Azərbaycan hüdudlarından kənarda və xaricdəki dini təhsil ocaqlarında təhsilini bitirmiş şəxsləri Azərbaycanda camaat namazı və bu kimi dini fəaliyyətlərdən məhrum etməkmi istəyirlər? Azərbaycan Respublikasında hər cür şiə elmi hövzəsinin yaradılması bağışlanmaz günah sayıldığı bu günki şəraitdə, əcəba dini etiqad və vicdan azadlığı haqqında qanununda dəyişiklik edilməsi Azərbaycan əhalisinin 85%-nin inandığı şiə məzhəbini tədricən unutdurmaq istiqamətində atılan bir addım deyilmi? Bu addım hər bir dinə etiqadı sərbəst edən, laiklik və sekularizm əsaslarda yazılmış konstitusiyanızla uyğunsuzluq təşkil etmirmi? Bu məhdudiyyətlər hansı səbəbdən ölkənizdə yaşayan məsihi və yəhudi azlıqlar barədə də tətbiq edilmir və onlar hər bir xarici ölkədə dini təhsil alaraq öz dini təlimlərini Azərbaycan müsəlmanları arasında təbliğ edə bilirlər? Əgər sizin siyasətiniz Azərbaycan vətəndaşlarının digər ölkələrdə təhsil almalarını önləməkdirsə, onda nə səbəbdən yüzlərlə azərbaycanlı gənci müxtəlif fənlərdə təhsil almaq üçün Oksford, Kembric kimi xaricdəki unuvursitetlərə göndərirsiniz? Və...
 
Cənab Əliyev!
Təkcə Azərbaycanın şiələrini deyil, həm də dünyanın bütün azadlıqsevər müsəlmanlarını təccübləndirən, kədərləndirən və qəzəbləndirən üçüncü addımınız isə, sionizm rejiminin mənfur prezidentini Azərbaycan Respublikasına dəvət etmənizdir. Öz dediyinizə görə, Şimon Presi Bakıda səmimi qarşılayacaqsınız. Əcəba, siz bilmirsiniz ki, İsrailin yaradılmasının banilərindən biri kimi Presin əlləri Fələstinin müsəlman xalqının qanına boyanmışdır? Bilmirsiniz ki, o onminlərlə fələstinlinin qətliamına dair göstəriş verərək, Səbra və Şətilada cinayət törətmiş qatilləri fəxri nişanla təltif etmişdir? Əcəba, sionist rejimin prezidentinin İslam dünyasının mədəniyyət paytaxtına dəvət etməyi Fələstin xalqına, eləcə də dünya müsəlmanlarına qarşı xəyanət kimi dəyərləndirmisinizmi? Ölkəniz İslam Konfransı Təşkilatında üzv olduğunu bilmirsinizmi? Və əcəba, bilmirsinz ki bu təşkilatın yaradılması fəlsəfəsi sionist rejimin cinayətləri və varlığına qarşı mübarizə aparmaqdır? Və ...
 
Cənab prezident”
Yaxşı olardı ki, bir müsəlman kimi öz ilahi fitrətinizə qayıdasınız. çünki, bu qədər anti-dini əməllərinizdən doğan utanc hissi, yaşamağı sizin üçün acı edəcəkdir. Lakin, İslam  tarixini vərəqləsəniz, zillət dərinliyindən əzəmət zirvəsinə qalxan bir çox insanlar kimi, özünüz və Azərbaycanın müsəlman xalqı üçün yaxşı bir gələcəyi naxışlaya bilərsiniz.
 
Cənab İlham Əliyev!
Əminəm yaxşı bilirsiniz ki, sizin anti-dini hərəkətlərinizin bir səbəbi də, sionistlərin ölkənizdə hegemonluq etməsidir. Özünüz də təsdiq edərsiniz ki, sionistlər öz qeyr-qanuni mövcudluğunu beynəlxalq aləmdə leqallaşdırmaq və Qafqaz ölkələrinin geo-siyasi, geo-stratejik və geo-ekonomik şəraitindən faydalanmaq istiqamətində, SSSR-inin dağılmasından sonra, bu bölgədə yerləşən ölkələrdə geniş surətdə fəaliyyət göstərirdilər və Azərbaycan Respublikasının müstəqilliyinin ilk dönəmində bu ölkədə hakimiyyəti ələ keçirmiş Xalq Cəbhəsinin Qrabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın müsəlman xalqının və qonşu ölkələrin köməyinə bel bağlamaq yerinə sionist rejiminin içiböş və yalnız görüntüsü olan güc və digər qərb olkələrinə güvənməsi və bu çərçivədə yürütdüyü səhv siyasətləri nəticəsində, sionist rejimi sizin ölkənizin bütün sahələrinə - mədəniyyət, sosial, siyasi və iqtisadi sahələrinə, nüfuz etməyi bacardı və hal hazırda , bu nüfuzun əhatə dairəsi hər zamankından çox genişlnmişdir və siz bunu hamıdan yaxşı bilirsiniz. Yəqin məlumatınız vardır ki, sionist rejimi neftə olan ehtiyacının çox hissəsini sizin ölkənizin vasitəsilə təmin edir. Özünüz daha yaxşı bilirsiniz ki, sionist rejimi üzdə xeyriyyə fondları kimi yaratdığı təşkilatların vasitəsilə Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş insanların arasında fəaliyyət göstərərək, hansı məqsədləri güdür? Yəqin ki, sözdə “demokratiyanı inkişafı etdirən mərkəzlər” kimi tanınan sionist mərkəzlərinin ölkənizdəki fəaliyyətlərinin əsas mahiyyəti barəd məlumatlısınız və xəbər agentliklərin, müxtəlif nəşrlərin və qəzetlərin yaradılmasında “MOSSAD”ın necə rol oynadığını və onların telekanallarda hansı nüfuza malik olduqlarından da xəbərsiz deyilsiniz. Əminəm ki, İsrailin xüsusi xidmət orqanlarının ölkənizin hərbi və təhlükəsizlik qüvvələrinə necə təsir etdiyini də bilirsiniz və yəqin ki, Əbubəkr məscidindəki partlayışda, Azərbaycan Hava Qüvvələrinin komadanının terror edilməsində və Neft Akademiyasında baş verən terror aktında sionist rejiminin əsaslı rol oynadığından xəbəriniz vardır və bilirsiniz ki, İsrailin təhlükəsizlik orqanı özünün Azərbaycandakı mövcudluğuna izah gətirmək üçün belə aktları planlaşdırır və yerinə yetirir. Cənab prezident, mümkünsüz görünsə də, bu məsələlərdən xəbəriniz olmasa belə, bunu yaxşı bilirsiniz ki, İsrail xüsusi xidmət orqanlarının bie neçə nəfər məmuru qorumaq bəhanəsilə , sizi əsir kimi öz nəzarətlərində saxlamışlar.
 
Cənab Əliyev!
əminəm ki, siz də Azərbaycanın şiə xalqı və bir çox siyasi partiyalar, təşkilatlar və dini cəmiyyətləri kimi, bu vəziyyəti alçadışı hesab edirsiniz, lakin öz hakimiyyətinizi mövcud vəziyyətin davamında gördüyünüzə görə belə, sionist rejimlə əməkdaşlıq etməyə razılıq vermişsiniz.
 
Cənab prezident!
Hamı bilir ki, sizin Şimon Presi dəvət etməniz, könüllü surətdə və Fələstinin məzlum və müsəlman xalqının qatilinə olan simpatiya bəslədiyinizə görə deyildir və yalnız “MOSSAD”ın sizin dövlət orqanlarındakı nüfuzunun nəticəsidir. Hamıya aydındır ki, sionist rejimi HƏMAS hərəkatı qarşısında rüsvayçı məğlubiyyətə uğradıqdan sonra, daha da təcrid vəziyyətinə düşüb və itirdiyi imicini qaytarmaq istiqamətində çalışır və sizdən itaətçi prezidenti bulmamışdır. Cənab prezident, doğurdan da bilirsinizmi ki, niyə gerçək istəyinizin əksinə olaraq, sionist rejiminin tələbləri qarşısında boyun əymək məcburiyyətindəsiniz? Bilirsinizmi ki, nə səbəbdən özünüzü bir milyard yarım müsəlmanın qarşısında Fələstin xalqının amalına xain olan birisi kimi təqdim etmək məcburiyyətində qalmışsınız? Və... bu ona görədir ki, Azərbaycanın müsəlman və şiə xalqının arasında heç bir sosyal bazanız yoxdur. Ona görə ki, Azərbaycanın müsəlman xalqının İslama qarşı təhqiredici əməllərə təpki göstərmək üçün münasib bir zaman gözlədiyini və onun kül altında köz olduğunu yaxşı bilirsiniz. Ona görə ki, ölkənizin əhalisinin əksəriyyətinin ən pis iqtisadi şərayitdə yaşadığını və ölkəsinin sərvətlərini sionistlərə bağışlamış bir prezidenti heçvaxt dəstəkləməyə hazır olmayacaqlarını da bilirsiniz. Ona görə ki, Azərbaycanın bütün imkanlarını ələ keçirən azlığın sizə qarşı heç bir simpatiyası yoxdur və yalnız öz maddi maraqlarını güdür və...
 
Cənab Əliyev!
Bilirəm ki, bu sözləri eşidməyi gözləmirdiniz, lakin, mən iranlı bir azəri şiəsi olaraq, başqa etniklərə mənsub olan digər vətəndaşlarımın qarşısında sizin etdiyiniz əməllərə görə utanc hissi keçirirəm və bundan başqa, öz dinimin təlimlərinə əsasən, bu məsələləri sizin diqqətinizə çatdırmağı, özümə borc bilirəm. Belə düşünürəm ki, bu məktun qarşısında süküt edəcəksiniz və yaxud da, əməkdaşlarınız verəcək cavablarında, məktubda yazılan sözlərin, onun müəllifinin Şimon Presin Bakıya dəvət edilməsindən təhlükə duyması və qəzəbləndiyindən irəli gələn ifadələr kimi yozaraq, Azərbayca-İsrail əlaqələrinə, İran-Ermənistan əlaqələrinə qarşı Azərbaycanın göstərdiyi təbii reaksiya kimi bəraət azandırmaq istəyəcəklər. Bu məsələdə iki məqama toxunmalıyam:
Birincisi) İran xalqının Şimon Presin qonşu Azərbayca Respublikasına dəvət edilməsindən kəskin narahatçılığı, öz sərhədlərində İsrailin nüfüzunun artması təhlükəsini hiss etməkdən deyil və müsəlman bir ölkənin prezidentinin Fələstinin məzlum xalqının amalına xəyanəti və Azərbaycanın müsəlman və şiə xalqının iradəsinə laqeyd yanaşılmasından irəli gəlir. Həqiqət belədir ki, İran xalqı İslam inqilabə dənəmində, eləcə də İraqla 8 illik məcburi müharibədə və ondan sonrakı hadisələr zamanı, heç bir beynəlxalq yaxud da regional gücdən qormadıqlarını göstərmişdir. Çünki, Allahın gücünə inancı sayəsində və özünə inamı nəticəsində elə bir maddi və mənəvi gücə yiyələnmişdir ki, heç bir güc bu millətin qarşısında dayana bilməz. Bundan əlavə, İsrailin neçə il əvvəl Livan Hizbullahı qarşısında və son vaxtlar da HƏMAS xalq hərəkatı ilə müharibədə kəskin məğlubiyyətə uğraması, İranın İsrail təhlükəsindən çəkindiyinə dair iddiaların gülünç və əsassız olduğunu ortaya qoyur.
İkincisi) İsrailin Azərbaycanla əlaqələrininə bəraət qazandırmaq istiqamətində, bu əlaqələri İranla Ermənistan arasındakı əlaqələrin müqabilində göstərilən reaksiya kimi önə çəkmək, aşağıdakı göstərilən səbəblərə görə əsassəz və qəbuedilməzdir:
1.     İran və Azərbaycan xalqının dinindən fərqli bir dinə inandığına baxmayaraq, Ermənistan da Azərbaycan kimi SSSR-inin dağılmasından sonra müstəqillik qazanmış bir dövlətdir ki, beynəlaxalaq aləm, o cümlədən Azərbaycan tərəfindən tanınmışdır. Lakin, sionist rejim 1948-ci ildə, Fələstin xalqının torpaqlarını qəsb edərək, qyr-qanuni surətdə mövcudluğunu elan etmişdir və bugünə kimi, bir milyard yarımdan çox müsəlman və bir sıra İslam dövlətləri hələ də onun mövcudluğunu tanımamış və hətta onun cinayətlərinin qarşısını almaq üçün İslam Konfransı Təşkilatı adlı bir qurum yaratmışlar ki, Azərbaycan dövləti də bu təşkilatın üzvüdür. Bu səbəbdən də, Azərbaycanla İsrail arasında hərtərəfli əlaqələrin yaradılması, Azərbaycan dövlətinin bütöv İslam Dünyasına etinasız yanaşmasının göstəricisidir. Eyn zamanda, İslam Konfransı Təşkilatına üzv ölkələrin hamısı  Azərbaycanın mövqeini dəstəkləməklə yanaşı, Ermənistanla da əlqələrini qorumuşlar ki, burada da Ermənistanın Türkiyə ilə olan qeyr-rəsmi əlaqələrinin səviyyəsi, İranla Ermənistasn arasında mövcud olan rəsmi əlaqələrin səviyyəsindədir. Bundan əlavə, daima İran-Ermənistan əlaqələrini tənqid edən Azərbaycan dövləti bu məsələyə diqqət etməlidir ki, özünün də Ermənistanla əlaqələri vardır və buna misal olaraq, Azərbaycanın xarici işlər naziri müavininin bir neçə müddət öncə Ermənistanda düzənlənən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nazirlər şurasının iclasında iştirak etməsini, Azərbaycan və Ermənistanın birgə hərbi təlimlərə qatılmasını və ... qeyd etmək olar. Eyn zamanda, Azərbaycanla Ermənistan prezidentlərinin çoxsayılı görüşlərinin pərdəarxası, onların arasınd olan dostluq münasibətlərin göstəricisidir.
2.     Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal edilməsi hər bir müsəlmanən ürəyini ağrıdan elə bir həqiqətdir ki, onun əsas səbəbkarı da Azərbaycan dövlətinin özüdür. Qarabağ müharibəsi dövründə Azərbaycan dövlət xadimlərinin fikirləşmədiyi yeganə məsələ, Qarabağın azad edilməsi məsələsi idi. Onlar Azərbaycan daxilində hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparırdılar və Azərbaycanın cəbhə bölgələrində elə bir təəssüfləndirici vəziyyət yaranmışdı ki, qələm də onu şərh etməyə utanır. Azərbaycan dövlət xadimləri hərbçilərin etiqad əsaslarını möhkəmləndirmək yerinə, rəqqasələri və xanəndələri hərbçilərin qarşısında səhnəyə çıxarmaqla, onları ruhlandırmaq istəyirdilər! Səngərlərin, eləcə də silah-sursatların azəri hərbçilər tərəfindən ermənilərə satılması acı və inkar edilməz bir həqiqətdir! Və... əlbəttə ki, bütün bu məsələlərə rəğmən, İslam Konfransı Təşkilatında üzv olan ölkələr, xüsusilə də İran dövləti və xalqı, o zamandan bugünə kimi Qarabağ və işğal altında olan bölgələrin azad edilməsinə və didərgin düşmüş azərilərə yardım göstərmək istiqamətində heç bir köməyi əsirgəməmiş və hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanımışlar. Lakin, Azərbaycan dövlətini yürütdüyü siyasətdir ki, Qarabağ məsələsinin həllində təşəbbüs, Azərbaycanın ərazi bütövlüyünü də tanımayan ölkələrə həvalə edib və bu məsələnin həll ediməsinə mane olmuşdur. Buna görə də, Azərbaycan dövlətinin vəzifəsidir ki, İslam Dünyasının Azərbaycanın mövqeini dəstəkləməsi müqabilində, İslam Dünyasının amalı sayılan Fələstin xalqının amalını dəstəkləsin və ən azı, ona xəyanət etməsin.
3.     Azərbaycandakı anti-İran dayirələrin apardıqları təbliğatın əksinə olaraq, İran-Ermənistan münasibətləri İran-Azərbaycan münasibətləri ilə müqayisə edilə bilməz. Bir halda ki, İran-Azərbaycan əlaqələrinin həcmi bir milyard dollar dəyərinə çatmaqdadır, İran-Ermənistan əlaqələrinin həcmi 300 milyon dollardan az dəyərləndirilir. Bundan əlavə, İran-Ermənistan əlaqələrində, dominant tərəf İrandır. Eyn zamanda , İran İslam Respublikasının rəsmiləri dəfələrlə bildirmişlər ki, Azərbaycan dövlətinin istədiyi təqdirdə, İran-Ermənistan münasibətlərindən Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi istiqamətində faydalanmaq olar. Lakin, bundan öncə şərh edildiyi kimi, Azərbaycan-İsrail əlaqələrinin mahiyyəti elədir ki, yalnız İsrailin mövqeyinin möhkəmlənməsi və Fəlastinin müsəlman xalqına xəyanət edilməsi istiqamətindədir.
 
Cənab İlham Əliyev!
Sözün uzanmasına baxmayaraq, qeyd etdiyim sözlər elə həqiqətlərdir ki, sizinlə paylaşmalı idim. Ümid edirəm ki, bu məktubda yazdığım və bəlkə də kəskin və acı cümlələr, sizi fikirləşməyə və düşünməyə vadar edə və bununla da, haqqı batildən ayrıd etmək istiqamətində  hərəkət edə biləsiniz. Son olaraq, ulu tanrıdan Azərbaycanın müsəlman xalqına bütün fərdi və ictimai sahələrdə uğurlar diləyirəm və arzum budur ki, İslam təlimlərinin sayəsində işğal altında olan torpaqlarını düşmənlərin əlindən azad edə bilsinlər.      
                                                                     ( Hamid Gülüstani 21.06.2009)
                       
            
 
                         
       
     
  • Yazılıb
  • da (də) 2009 Jun 24