İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz əlaməti olaraq Rusiyada etiraz aksiyası keçirilib
Rusiya servisi/Aran Agentliyi
"İslam-Azeri.az" internet qəzetinin Rusiyadakı əməkdaşının verdiyi məlumata görə İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz əlaməti olaraq Rusiyada etiraz aksiyası keçirilib.
Bir qrup Moskvada yaşayan soydaşlarımız Şimon Peresin Azərbaycana səfərinə etiraz olaraq Moskvadakı Azərbaycan səfirliyi qarşısında aksiya keçiriblər.
Piketdə "İsrail Qafqazdan əlini çək", "İsrail Ermənistan faşizm", "Müsəlman qatili bizim paytaxtda nə işin?", "Sionizmə ölüm", "Rədd olsun Peres" kimi şüarlar yazılmış plokatlar götürmüş gənclər şəhərin mərkəzindən Moskvadakı Azərbaycan səfirliyinin qarşısına qədər yürüyüblər.
Xüsusi təyanatlı polis (OMON) piketin qarşısını almağa cəhd etsədə aksiya baş tutmuş, bəyənat oxunmuş, həmçinin Azərbaycan prezidentinə ünvanlanan məktub səfirliyə təqdim edilmişdir.
Sionist İsrail rejimin prezidentinin Azərbaycana səfəri bu ayın 28-29-da planlaşdırılır.