Tarix : 2009 Jun 26
Kod 12624

ABŞ, İngiltərə və bəzi qərb ölkələri siyasi yetkinliyə çatmayıblar

Ayətullah Xatəmi İrandakı son hadisələrə toxunaraq bütün bu ixtişaşların arxasında ABŞ və digər qərb ölkələrinin durduğunu bildirib
İİR servisi/Aran Agentliyi
Dünən Tehranda cümə namazı imamlığını Ayətullah Əhməd Xatəmi icra edib.

İslam-Azeri-nin İran mətbuatına istinadlı xəbərinə görə Ayətullah Xatəmi İrandakı son hadisələrə toxunaraq bütün bu ixtişaşların arxasında ABŞ və digər qərb ölkələrinin durduğunu bildirib.

"Əvvəl seçkiləri zəif göstərmək üçün təbliğat aparıldı ki, xalq seçkilərdə iştirak etməsin. Sonra isə 85 faiz xalqın iştirakını görən düşmənlər ixtişaş planlarını işə saldılar. Sonra isə qərb mətbuatı yalan məlumatlarla dünya və iranlıları aldatmağa başladı. Hər şey keçib gedəcək, amma sizin yalanınız isə hamıya aşkar olaraq qalacaq"-deyən Tehranın İmam Cümə xətibi hüquq mühafizə orqanlarından ixtişaşçıların həbs edilməsi və qərb ölkələrinin yalan yayan mətbuatına qarşı ciddi tədbirlər görməyə çağırıb.

Hüquq mühafizə orqanları, xüsusilə Bəsicilərə təşəkkürünü bildirən Ayətullah Əhməd Xatemi qərb mətbuatının əlində bir alətə çevrilən öldürülmüş Nida adlı qızın barəsində isə bu sözləri dedi: "Nidanın öldürülməsi hazırlanmış bir iş idi. Onlar bu işi görüb sonra öz mətbuatlarında İrana təzyiq etmək üçün bu kadrlardan vasitə kimi istifadə etmək üçün bu planı cızmışdılar. Nidanı şəhər mərkəzindən qıraq küçələrində özləri öldürüblər"-deyərək bu cinayətin arxasında cəsus şəbəkələrinin durduğuna işarə edib.

ABŞ, İngiltərə, Almaniya, Fransa və digər ölkələrin İranın daxili işlərinə qarışmaqda ittiham edən Ayətullah Xatəmi:"ABŞ, İsrail və digər ölkələrin kəşfiyyat xidmətlərinə cəsusluq edənlərə qarşı sərt tədbirlər görülsün"-deyib.

BMT-nin baş katibinin İranla bağlı dediklərini də sərt tənqid edən Tehranın İmam Cümə xətibçisi: 'Qəzzada 400 körpə öldürüldü, nə üçün narahatlığınızı dilə gətirmədiniz, müdafiəsiz qadınlar qətl edildi, yenəi narahat olmadınız. Əfqanıstan və İraqda hər gün insanlar öldürülür hələdə narahat olduğunuzu açıqlamayacaqsınızmı. Əbu Qureyb və Quantonamodakı işgəncə səhnələri hələ ortada və siz utanmadan insan haqqlarından danışırsız. İngiltərənin işgəncələri heç kimsə unutmamışdır. Bizim xalqımız İngilislərin işgəncələrini hələ unutmamışdır. İngiltərə də ABŞ kimi "İngiltərəyə ölüm" şüarını haqq edir""'-deyib.

Çıxışının sonunda isə: "ABŞ, İngiltərə və bəzi qərb ölkələri uşaq kimi davranırlar. Onlar hələ siyasi yetkinliyə çatmayıblar"-deyərək İranın bütün insan haqlarını müdafiə etmək iqtidarında olduğunu bildirib.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 26