Müsəlmanlara qarşı 60 illik cinayət, təcavüz və qəsbkarlıqla tanınmış qeyri-qanuni bir rejim başçısını müsəlman və şiə ölkəsi Azərbaycan Respublikasına səfəri dünya müsəlmanlarına hörmətsizlikdir
İİR servisi/Aran Agentliyi
Ərdəbilin imam cüməsi deyib: Müsəlmanların qanlı düşməni Şimon Peresin Bakıya səfəri qəbul olunmazdır.
Böyük Rəhbərin Ərdəbil ostanındaki nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi bu şəhərin bugünkü cümə namazında sionist rejim başçısının Bakıya səfərini islam dünyasına qarşı fitnə adlandırıb.
Höccətül-İslam Vəl-Müslimin doktor Seyyid Həsən Amili deyib: Müsəlmanlara qarşı 60 illik cinayət, təcavüz və qəsbkarlıqla tanınmış qeyri-qanuni bir rejim başçısını müsəlman və şiə ölkəsi Azərbaycan Respublikasına səfəri dünya müsəlmanlarına hörmətsizlikdir.
Seyyid Həsən Amili Bakı rəsmilərini həmin səfərin baş tutmaması istiqamətində əlindən gələni etməyə çağırmışdır.
Həmçinin daxil olan xəbərlərə görə Ərdəbil əhalisi cümə namazı mərasimindən sonra Sionist rejimin cinayətkar başçısı Şimon Peresin Bakıya dəvət edilməsinə etiraz əlaməti olaraq nümayiş keçiriblər.
Ərdəbilli cümə namazı iştirakçıları bu aksiyada əllərində üzərilərinə "Sionizm nökərlərinə ar olsun!", "Bakını bulaşdırmayın!" və "Peres cinayət edir, İlham himayə edir!" şüarları yazılmış plakatlar tutaraq və bu şüarları səsləndirərək Şimon Peresin Bakıya səfərinin ləğv olunmasını tələb ediblər.
Ərdəbilli namaz qılanlar bu aksiyanın sonunda bəyanata yayaraq Sionist rejim başçısının Bakıya səfərinin nəticələri barədə xəbərdarlıq ediblər.
Bu bəyanatı təfərrüatı ilə qeyd edirik:
Bəyanatda deyilir: Biz zülm, və cinayətkarların başçısı olan Sionist rejim başçısının Bakıya səfərinə qarşı çıxan ərdəbilli etirazçılar elan edirik:
1. Bakı hökmdarlarının Qəzzənin mülki əhalisi, günahsız uşaq və qadınlarının qatillərinin başçısını islam diyarının bu guşəsinə dəvət etmək üzrə cəsarətlərinə heç vaxt dözməyəcəyik və Azərbaycan Respublikası hökumətinin bu xəyanətkar hərəkəti ilə müxalifəti bildirmək üçün mümkün olan hər bir yolla səy edəcəyik.
2. Biz Ərdəbil Dar Əl-İrşad və Şeyx Səfi məqbərəsi kənarından islam və insanlıq yolunu azmışlara yəni Bakının sionist təmayüllü hökmdarlarına bildiririk ki, onların islam dünyası və İranın and içmiş düşmənləri ilə xaincəsinə əlaqələrinin davam edəcəyi təqdirdə böyük şah İsmayıl kimi özümüzün milli, vətən və şiəlik vəzifəmizə əməl edərək bir daha Araz çayının şimalını əcnəbi əsirliyindən xilas edərək iftixar bayrağını dalğalandıracağıq.
3. Bakıda və Azərbaycan Respublikasının digər şəhərlərində islami dəyərlərə cəsarət edib, məscidlərə qarşı hörmətsizlik edənlər bilsinlər ki, qatil Şimon Peresi Bakıya dəvət etmək, islami Qarabağın və onun ətrafındakı ərazilərin ermənilərə verilməsindən daha böyük xəyanət sayılır və bu da Arazın şimalındakı qalan ərazilərin cinayətkar və ekspansionist sionistlərə verilməsi deməkdir ki, heç vaxt İran və Azərbaycan Respublikasının müsəlman xalqları ona göz yummayacaqlar.
4. Qərb yönlü satqınlar və Sionist rejimə aldanmış ünsürlər bilsinlər ki, özlərini ABŞ və sionizmə satmaq siyasəti ilə heç bir şeyi əldə edə bilməyəcəklər və onları məlun Ənvər Sadatın və dar düşüncəli Yasir Ərəfatın taleyindən daha pis bir tale gözləyir. Azadə və başıuca azərilər heç bir vaxt onların sionistlərin cinayətlərindən daha çirkin olan xəyanətlərini unutmayacaqlar.
5. Bakı rəsmiləri bilməlidirlər ki, biz İran xalqı dünyada gərginlik və böhran amili olan cinayətkar ABŞ və Sionist rejimin Qafqaz məntəqəsində və İİR-nin sərhədləri yaxınlığında nüfuzlarının artmasında rəsmi Bakını məsuliyyət daşıyan tərəf hesab edəcək və bu fitnəni və sabitsizlik və gərginlik amilini islami vətənimizin sərhədlərindən uzaqlaşdırmaq üçün tədbirlər görəcəyik.
6. Biz Ərdəbilin müsəlman sakinləri Azərbaycan Respublikasındakı müsəlman qardaşlarımızdan istəyirik ki, Bakı rəsmilərinin bu xəyanəti qarşısında sükut etməsin və Sionist rejimin cinayətkar başçısının Bakıya dəvət edilməsi kimi rüsvayçı hərəkət qarşısında öz islami qeyrətləri və azadəliklərini etiraz səslərini yüksəltməklə nümayiş etdirsin və özlərini bu mənfur və çirkin hərəkətin nəticələrindən xilas etsinlər.