Azərbaycan servisi/Aran Agentliyi
Dünən iyun ayının 27 Bakıda İsrail rejiminin başçısı Şimon Peresin Azərbaycana gəlişinin əleyhinə etiraz aksiyası keçirildi. Aksiya iştirakçılarının polis qüvvələri tərəfindən həbs edilərək Yasamal rayon 27-ci polis bölməsinə aparıldığı və orada onların barmaq izlərinin götürülməsi və şəkillərinin çəkilməsi qeyd olunur. Bununla bağlı, DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, İçərişəhər “Cümə” məscidi dini icmasının imam-camaatı Hacı İlqar İbrahimoğlu Bakıda xarici işlər nazirliyinin önündə İsrail rejimin başçısının Azərbaycana gəlişinin əleyhinə keçirilən etiraz aksiyasının iştirakçılarının tutulmasını qətiyyətlə pisləyib. Belə ki, ölkə qanunvericiliyinə görə və Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarına dair maddələrdə bildirilir ki, hər bir vətəndaşın sərbəst toplaşmaq hüququ vardır və etiraz aksiyasının iştirakçılarına qarşı davranış qəti qəbuledilməzlyini bildirib. Bundan əlavə aksiya iştirakçılarına qarşı bir cinayətkar kimi davranaraq, onalrın barmaq izlərinin götürülməsi və sifətlərinin şəkillərinin çəkilməsi də çox mənfi hal kimi qiymətləndirib.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu həmçinin qeyd etmişdir: “Sionist rejim başçısının Azərbaycana səfəri həm milli-mənəvi dəyərlər baxımından, həm insan haqları baxımından çox ziyanlıdır. Minlərlə müsəlman körpəsinin qatili olan, 6 ay öncə Qəzzada törədilən qətliamın qanları qurumamış, milyonlarla insanı humanitar fəlakət durumunda saxlayan, bütöv bölgəni canlı həbsxanaya çevirən bir rejim başçısının ölkəmizə gəlişini çox pis hal kimi qiymətləndirir və bir daha qətiyyətlə pisləyirik. Həmçinin qeyd etmək istərdik ki, sionist rejimin başçısının eynilə daşnak terroristi Sarqisyandan heçbir fərqi yoxdur”.