Tarix : 2009 Jun 27
Kod 12639

İslam Partiyasının sədri saxlanılıb

dünən Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb
Azərbaycan servisi/Aran Agentliyi
“Yeni Şərq”in məlumatına görə, dünən Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
    İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfərinə etiraz əlaməti olaraq səhər saatlarından etibarən bir neçə təşkilat Xarici İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib. Lakin polis etitaz aksiyasının keçirilməsinə mane olub. Hələ aksiyadan əvvəl ərazidə polis və mülkü geyimdə şəxslər yerləşdirilib. Hadisə yerindən verilən məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarından dağılışmağı tələb edib və aksiyanın həyata keçməsinə imkan verməyəcəklərini bildirib. Buna rəğmən, etirazçılar aksiyanın keçirilməsində israr ediblər və nəticədə polislə insident yaranıb. Hadisə zamanı 20-yə yaxın aksiya iştirakçısının saxlanıldığı bildirilir. Onlar Yasamal rayon Polis İdarəsinin 26 və 27-ci Polis bölməsinə aparılıblar.
    Aksiya iştirakçılarının verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsin Səmədov da aksiya zamanı polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələ ki, açıqlama verməyib.
    Qeyd edək ki, etiraz aksiyası Azərbaycan İslam Partiyası, Azərbaycan Ziyalılar Birliyi, Azərbaycan Birlik təşkilatı və Fəzilət Partiyası tərəfindən hazırlanıbmış.
  • Yazılıb
  • da (də) 2009 Jun 27