Tarix : 2009 Jun 28
Kod 12648

İsrail KİV: Peresi fəxri qarovul və faşist emblemli plokatlarla qarşıladılar

İsrailin Mignyus saytı bununla bağlı bir məlumat dərc edərək saytımızdan da bəzi şəkilləri istifadə edib
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin verdiyi məlumata görə İsrail mətbuatı Peresin Bakıda bu cür qarşılanmasından razı qalmayıb.

İsrailin Mignyus saytı bununla bağlı bir məlumat dərc edərək saytımızdan da bəzi şəkilləri istifadə edib.

Sayt bu xəbəri bu cür yayımlayıb: (Баку: Переса встречал почетный караул и плакаты со свастикой)-yəni Bakı: Peresi fəxri qarovul və faşist emblemli plokatlar ilə qarşıladılar.

Adı çəkilən sayt Bakı küçələrində İsrail bayrağının da vurulmamasından narahat olduğunu açıq aşkar biruzə verib.

Bu xəbər gündəlik 30-40 min ziyarətçisi olan Miq Nyus saytı ilə yanaşı Al-Nyus, Nyus-Orbita, Par-Par, 24 Nyus, Sozdaniya saytlarında dərc edilib.
  • Yazılıb
  • da (də) 2009 Jun 28