İsrail sevər qüvvələr əli qana bulaşmış bir rejimin başçısının Azərbaycana səfərinə adi yanaşsalarda dünənki etirazlar bunun əksini deməyə imkan verir
Azərbaycan servisi/Aran Agentliyi
İsrail sevər qüvvələr əli qana bulaşmış bir rejimin başçısının Azərbaycana səfərinə adi yanaşsalarda dünənki etirazlar bunun əksini deməyə imkan verir.
Azərbaycanın çox sayda təşkilatının sədrlərindən verilən açıqlamalar da bunu deməyə əsas verirdi ki, Peresin səfərinə ölkəmizdə mənfi münasibət var.
Bu gün isə....
İslam-Azeri.az saytının əməkdaşlarından biri maraqlı bir faktla üzləşib.
Belə ki, avtobus dayanacaqlarında və binanın divarlarında Peresin faşist alman formasında vurulmuş şəkilini görüb.
Yol boyu avtobusla gedərkən bir çox dayanacaqlarda da bu fotoları müşahidə edib.
Bu fotolardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda Peresin gəlişinə ciddi etiraz edənlər var.