Verilən məlumata görə aksiya iştirakçılarının əksəriyyəti 26-cı polis bölməsinə aparılıb
  Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri-yə verilən məlumata görə Azərbaycandakı İsrail səfirliyinin qarşısında dünən etiraz aksiyası keçirilib.
 
Bunu ərazidəki polislər də təsdiq ediblər.
 
Verilən məlumata görə aksiya iştirakçılarının əksəriyyəti 26-cı polis bölməsinə aparılıb.
 
Sonra isə aksiya iştirakçıları naməlum istiqamətə aparılıblar.
 
Bölmədəki polislərdən biri isə aksiya iştirakçılarını məhkəməyə aparıldığını bildirib.