İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhraminin ölkəni tərk etməsi barədə xəbər yayılıb
Azərbaycan Servisi/Aran Agentliyi
İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhraminin ölkəni tərk etməsi barədə xəbər yayılıb.
Bu addım Peresin səfərinə etiraz əlaməti olaraq edildiyi bildirilir.
İslam-Azeri.az internet qəzeti bu barədə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəsmisi ilə əlaqə saxlayıb.
İranlı diplomatın məlumatına görə onda da bu haqda məlumat var.
Mövzu ilə bağlı İran səfirliyi ilə əlaqə saxlamışıq səfirlik işçiləri bununla bağlı bir söz deyə bilməyəcəyini bildiriblər.
Lakin müxbirimizə bununla bağlı İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat katibinin məlumat verəcəyi bildirilib.
Bu xəbər tərəfimizdən araşdırılır.