hər il dərc edilən Uğursuz Ölkələr İndeksi adlanan hesabatda əraziyə nəzarət edə bilmək qabiliyyəti ilə yanaşı demoqrafik, siyasi və iqtisadi durum müqayisə edilir
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin BBC-yə istinadlı xəbərinə görə hər il dərc edilən Uğursuz Ölkələr İndeksi adlanan hesabatda əraziyə nəzarət edə bilmək qabiliyyəti ilə yanaşı demoqrafik, siyasi və iqtisadi durum müqayisə edilir.
Digər parametrlərlə yanaşı insan haqları, dövlətlərin içində dövlət halına gələn klanların formalaşması və sairə kimi göstəricilərə nəzər yetirən ekspertlər dövlət və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin səviyyəsini müəyyən edirlər.
Bu meyarlar əsasında ölkələr 4 qrupa bölünür.
Ən uğursuz dövlət kimi bu il Somali tanınıb. Hesabatda BMT sənədinə istinadən buradakı vəziyyət “hökumətsiz dövlət kimi dəyərləndirilib”.
Maraqlıdır ki, iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsinə görə Zimbabve siyahının 3-cü yerində mənzillənir.
İraq isə məhz yaxşılaşan iqtisadi göstəricilərinə görə ötən il tutduğu ikinci yerdə Sudanla əvəz olunub.
35 ölkədən ibarət “ən uğursuz dövlətlərin” qrupuna Sabiq Sovetlərdən İttifaqından Özbəkistan daxil edilib.
İkinci qrupa Azərbaycan, Gürcustan, Qırğızıstan Qazaxstan, Türkmənistan və Moldova aid edilir.
Ukrayna ilə Ermənistan isə ardıcıl olaraq 108 və 109-cu yerləri tutaraq üçüncü qrupa daxil ediliblər.