Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin İsrail KİV-lərinə istinadlı xəbərinə görə Qazaxstanın paytaxtında Dini Liderlərin qurultayında İsrail prezidentinin çıxışı zamanı İranlı nümayəndə heyəti zalı tərk edib.
Sionist Peresin çıxışından sonra isə İranlı nümayəndə heyəti zala daxil olub.
Bununla bağlı Mehdi Mustafavavi çıxış edib və çıxışında: "Biz dini liderlərin çıxışına qulaq asmağa gəlmişik. Peres isə dini lider deyil"-deyib.
Digər iranlı nümayəndə isə:"Biz bilirik ki, İsrail İrana hücum etmək iqtidarında deyil. Biz nə İsraildən, nə dəki, ABŞ-dan qorxmuruq"-deyib.
Sözlərini isə İranlı nümayəndə bu cür bitirib: "Sizin prezidentiniz(Peres) qəsbkar və işğalçıdır. Biz onun çıxışına qulaq asmaq istəmirik. O iyrənc sionistdir, onun yeri bura deyil".