Tarix : 2009 Jul 01
Kod 12705

Abbasəli Həsənov İran rəsmilərindən üzr istədi

Azərbaycan Respublikasının Tehrandakı səfiri Abbasəli Həsənov Mediaforum saytıla müsahibəsində İran barəsində dedigi mənfi sözlərə görə üzr istəyib
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan Respublikasının Tehrandakı səfiri Abbasəli Həsənov Mediaforum saytıla müsahibəsində İran barəsində dedigi mənfi sözlərə görə üzr istəyib.
Azərbaycan Niyus saytı məlumatlı mənbələrə istinadən xəbər verib ki , Abbasəli Həsənov iranlı rəsmilərin onun son sözləri barədə izahat tələb etməsi cavabında deyib ki , o sözləri yalnız Azərbaycan mətbuatını qane etmək üçün dilə gətirib.
Abbasəli Həsənov onun mətbuata dedigi sözlərinin rəsmi xarakter daşımadığını və rəsmi Bakının İran siyasətinin tərkib hissəsi olmadığını da vurğulayıb.
Abbasəli Həsənov İran rəsmilərindən onun vəziyətini başa düşməyi xahiş edib.
Qeyd etmək lazimdir ki , Abbasəli Həsənov Mediaforum saytına verdigi müsahibədə İran İslam Respublikasına qarşı bir sıra yersiz ittihamlar səsləndirmişdi.

  • Yazılıb
  • da (də) 2009 Jul 01