ABŞ-ın xüsusi xidmət orqanı olan FBİ-Federal Təhqiqat Bürosu İraq diktatoru barəsində yeni faktlar aşkarlayıb
İİR servisi/Aran Agentliyi
Islam-Azeri.az internet qəzetinin Kanal 24-ə istinadlı xəbərinə görə ABŞ-ın xüsusi xidmət orqanı olan FBİ-Federal Təhqiqat Bürosu İraq diktatoru barəsində yeni faktlar aşkarlayıb.
ABŞ xüsusi xidmət orqanının aşkarladığı faktlara əsasən Səddam Huseyn nüvə silahına malik olması ilə bağlı dünya ictimaiyyətini çaşqınlıq içində saxlamasına səbəb heçdə ABŞ deyilmiş.
FTB-nin araşdırmasında bu cümlələr yer alır: " ABŞ və İsraildən qorxduğuna görə deyil, məhs İrandan qorxduğuna görə Səddam İraq hökümətinin nüvə silahına sahib olmasını dünyaya göstərərək Maqatenin araşdırmasına izin vermirdi. Diktator İraqın düşmənlərinə xüsusilə İrana zəif görünmək istəmirdi".
Verilən məlumata görə 2003-cü ildə ABŞ xüsusi xidmət orqanlarının Səddamı sorğulayan zaman o, İrana və xüsusilə İranlı ayətullahlara qarşı kinini açıq aşkar biruzə vermiş, onlara olan düşmən mövqeyini dəfələrlə bəyan etmişdi.