Azərbaycan Respublikasının bir rəsmisi deyib: Bu ölkə mətbuatında İran səfirinin Tehran səfəri haqda yazılmış məlumatlar həqiqətə uyğun deyil
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikasının bir rəsmisi deyib: Bu ölkə mətbuatında İran səfirinin Tehran səfəri haqda yazılmış məlumatlar həqiqətə uyğun deyil.
Bakıdakı müxbirimizin məlumatına görə, Azərbaycan Respublikası Prezident Aparatının İnformasiyaların Analizi şöbəsinin müdiri Elnur Aslanov İran səfirinin Tehrana geri dönməsinin Sionist rejimin başçısı Şimon Peresin Bakı səfəri ilə eyni vaxtda təsadüf etməsinə işarə edərək deyib: Hər bir ölkənin səfiri öz ölkəsinin siyasi prioritetlərinə uyğun olaraq öz siyasətini təyin edə bilər.
Qeyd etmək lazımdır ki, Şimon Peresin Bakı səfəri ilə bir vaxtda Bakı mediaları İrana qarşı təbliğatlarını artırmışdılar.
Bəzi informasiya vasitələri bildirmişdilər ki, İran Şimon Peresin Bakı səfərinə etiraz olaraq, öz səfirini geri çağırıb.