Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın RF-də səfiri Polad Bülbüloğlunun Ermənistanın işğalı altında olan ərazilərə getməsi əleyhinə bəyanat yayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın RF-də səfiri Polad Bülbüloğlunun Ermənistanın işğalı altında olan ərazilərə getməsi əleyhinə bəyanat yayıb.
Müəlliflər bu səfərilə Bülbüloğlunun Rusiyanın sifarişini yerinə yetirdiyini, Rusiyanın isə belə səfərləri təşkil etməklə Qarabağ münaqişəsinin onun nəzarəti altında olduğunu nümayiş etdirdiyini hesab edirlər. “Rusiya Azərbaycanın ziyalılarından və diplomatlarından bu prosesdə oyuncaq kimi istifadə edir və azərbaycanlı diplomat və ziyalılar özlərindən belə istifadə edilməsinə şərait yaradırlar”, - deyə müəlliflər bu səfərə dəyər verirlər.
Müəlliflər bu səfəri Ermənistanın törətdiyi işğal faktının arxa plana keçirilməsi, qondarma erməni rejiminin legitimləşdirilməsi, Dağılq Qarabağın Ermənistana təhvil verilməsinə yönəlməsi hesab edirlər. “Rəsmi Bakı bu proseslərə müqavimət göstərməməklə milli maraqlara xəyanət edir və bizlər bu prosesi durdurmaq və cəmiyyətin bütün siyasi və ictimai qüvvələri ilə birgə hərəkət etmək üçün danışıqlar apararaq, etiraz aksiyalarına başlayacağıq”, - deyə müəlliflər xəbərdarlıq edirlər.