İfrat Türkçü Xəbər Agentliyi yazır : Məlumatlı mənbələrdən olaylara daxil olan məlumatlara görə . Az. R-nin İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov geri çağırılacaq
Azərbaycan servisi/Aran Agentliyi
İfrat Türkçü Olaylar Xəbər Agentliyi bu gün iyulun 4-ü yaydığı məlumatda Az. R-nin Tehrandakı səfiri Abbasəli Həsənovun missiyasına son qoyulması ehtimalından xəbər verib .
İfrat Türkçü Xəbər Agentliyi yazır : Məlumatlı mənbələrdən olaylara daxil olan məlumatlara görə . Az. R-nin İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov geri çağırılacaq .
Olayların bildirdiyinə görə , buna səbəb kimi Həsənov İrandakı səfirlik fəaliyyəti müddətində yol verdiyi nöqsanlar göstərilir . Konkret olaraq onun İranda müasir çağdaş Az. R-nin ideoloji xəttini normal tərənnüm etməməsi və xüsusən son hadisələrdə passiv fəaliyyəti səfirin nöqsanı kimi dəyərləndirilir .Məlumatlı mənbəyə istinad edən türkçü Xəbər Agentliyi əlavə edir ki , Həsənov diplomatik fəaliyyəti ərzində bir neçə dəvə Az. R-nin imicinə mənfi təsir göstərən hallara yol verib , qeyri-peşəkar açıqlamaları ilə iki dövlət arasındakı münasibətlərin sərinləşməsinə rəvac verib . Məhz bu səbəbdən indiki həssas məqamda onun İran İslam Respublikasında fəaliyyəti qeyri-qənaətbəxş hesab olunur . Digər tərəfdən Abbasəli Həsənov APA Xəbər Agentliyi ilə müsahibədə Şimon Peresin Bakıya səfərindən sonra mənfi sözlərinə xətir bu ölkə rəsmilərindin üzr istədiyini təkzib edib .
Həsənov həmçinin SƏHƏR kanalına qarşı bu xüsusda məlumat yaydığına xətir ittihamlar irəli sürərək iddia edib ki , SƏHƏR tele-kanalı heç vaxt Az. R. haqda düzgün və dürüst məlumat yaymayıb .
Bu kanal Abbasəli Həsənovun baxışlarını əks etdirmək üçün dəfələrlə hazırlığını bildirsə də, səfir hətta canlı verilişlərdə belə iştirak etməkdən çəkinib .