Tarix : 2009 Jul 06
Kod 12766

Nardaran qəsəbəsində mövlud mərasimi keçirilib

Həzrət İmam Əli (ə.s)-ın səadətli təvəllüdünün ildönümü astanasında müsəlman azərilər şənlik mərasimi keçiriblər
Azərbaycan servisi/Aran Agentliyi

Həzrət İmam Əli (ə.s)-ın səadətli təvəllüdünün ildönümü astanasında müsəlman azərilər şənlik mərasimi keçiriblər.
Bakıdakı əməkdaşımızın verdiyi məlumata görə , Nardaranda İmam Əli (ə.s)-ın süfrəsi adı altında təşkil olunan bu mərasim həmin qəsəbə əhalisinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilib .
Mərasimin başlanğıcında Əhli beyt (ə.s) tərəfdarları olan məddahlardan biri o həzrətin yüksək şəxsiyyəti barədə məddahlıq edib . Sonra da Vəliyyi fəqihin Az. R-dakı nümayəndəsi Hüccət-ul-İslam Seyyid Əliəkbər Ocaqnejad rəcəb ayının fəzilətlərindin danışaraq bir sıra dini və tarixi sənədlərə istinadən Həzrət İmam Əli (ə.s)-ın həqiqi xüsusiyyəti və yerini bəyan edib . Qeyd edək ki , Az. R-da müsəlmanlara qarşı dini maneələrin yaradılmasına baxmayaraq bu ölkənin müsəlman əhalisi kollektiv şəkildə müxtəlif dini mərasimlər təşkil edirlər.

  • Yazılıb
  • da (də) 2009 Jul 06