Ermənistan, Türkiyənin Avropa Birliyinə üzvlüyünün tərəfdarıdır. Bunu Ermənistan prezidenti Serj Sarkisyan, yunan Kiprinin prezidenti Dmitris Xristofiasla İrəvanda keçirdiyi mətbuat konfransında deyib
Türkiyə servisi/خبرگزاری آران
Ermənistan, Türkiyənin Avropa Birliyinə üzvlüyünün tərəfdarıdır. Bunu Ermənistan prezidenti Serj Sarkisyan, yunan Kiprinin prezidenti Dmitris Xristofiasla İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistan heç vaxt Türkiyənin Avropa Birliyinə daxil olmasına qarşı çıxmayıb: “Türkiyənin Avropa Birliyinə daxil olması onu daha təhlükəsiz və bizim təsəvvürümüzə uyğun ölkəyə çevirə bilər”.Serj Sarkisyanın sözlərinə görə, Türkiyənin Birliyə qəbulu mahiyyət baxımından çox vacibdir. Çünki Ermənistan Türkiyədən Avropa standartlarına uyğun qonşuluq gözləyir: “Biz Avropa Birliyinə üzv olan qonşu ölkədən Avropa standartlarına cavab verən qonşuluq gözləyirik. Bu münasibətlər həm iqtisadi, həm də siyasi məsələlərə, həm də qarşılıqlı razılaşmalara hörmətə aiddir. Əks təqdirdə, qarşılıqlı razılaşmalara hörmətsizlik etimadsızlığın dərinləşməsinə və maneələrə səbəb olur”.
Dmitris Xristofias isə bildirib ki, Avropa Birliyinə yalnız inkişaf etmiş və Avropa meyarlarına cavab verən Türkiyə daxil ola bilər.