Rusıya servisi/Aran Agentliyi
Rusiyanın Yaxın Şərq üzrə tədqiqat mərkəzinin rəhbəri Şamil Soltanov deyib: İİR ilə əlaqələrin qorunması, Rusiya üçün əhəmiyyət daşıyır və bu münasibətlər daha da sıxlaşacaq.
Soltanov bazar ertəsi günü Moskvada İRNA müxbiri ilə müsahibədə bu məqama toxunaraq deyib: Moskva Tehranı özünün müttəfiqi sayır və rus rəsmiləri dəfələrlə açıq-aşkar şəkildə bildiriblər ki. İran digər ölkələrə qarşı təhdid mənbəyi deyil.
İranla Rusiya münasibətlərinin perspektivini aydın qiymətləndirən bu rusiyalı ekspert iki ölkə arasındakı əməkdaşlıqlar prosesinin, xüsusilə də siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində inkişafda olmasına da münasibət bildirib.
Onun sözlərinə görə, iki ölkənin dövlət başçılarının bu istiqamətdəki iradəsi böyük rol oynayır.
Soltanov onu da sözlərinə əlavə edib: Rusiya İİR-na Yaxın Şərq məntəqəsinin güclü bir dövləti kimi baxır. Zira İran dünyanın müsəlman ölkələri arasında xüsusi yerə malikdir.
Müsahibəsinin digər hissəsində ABŞ-ın İran barədə Moskvaya göstərdiyi təzyiqlərini nəticəsiz bilən rusiyalı ekspert vurğulayıb: İran başqa ölkələrə qarşı təhdid mənbəyi deyil və bu müsəlman ölkəsi daim beynəlxalq sahədə sülh, sabitlik və təhlükəsizliyin təmin və bərqərar olunması barədə düşünür.