Tarix : 2009 Jul 07
Kod 12780

Böyük Rəhbər Qərbin İranla bağlı fəaliyyətləri barədə xəbərdarlıq ediblər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei bəzi qərb dövlətlərinin İranla bağlı fəaliyyətləri barədə xəbərdarlıq ediblər
İİR Servisi/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei bəzi qərb dövlətlərinin İranla bağlı fəaliyyətləri barədə xəbərdarlıq ediblər.
Həzrət Ayətullah-əl-üzma Xamenei sözü gedən bu dövlətlərə xitabən deyiblər: Özünüzün bu kin-küdurətli fikir və rəftarlarınızda diqqətli olun. Zira İran xalqı reaksiya verəcək.
O Həzrət bazar ertəsi günü iyulun 6-da Həzrət İmam Əli (ə)-ın səadətli təvəllüdünün ildönümündə müxtəlif xalq kütlələrindən ibadət böyük bir qrupu qəbulu zamanı vurğulayıblar: Biz bu məlum dövlətlərin müdaxilə xarakterli fikir və hərəkətlərini araşdıracağıq. Sözsüz ki, bu məsələ gələcəkdə İran İslam Respublikasının onlarla əlaqələrinə mənfi təsir göstərəcək.
İran xalqını iqtidarlı xalq və islam quruluşunu mənşəli və təmkinli quruluş sayan Böyük İnqilab Rəhbəri çıxışının digər hissəsində vurğulayıblar: İran rəsmilərinin bir-biri ilə fikir ixtilafları olsa da, düşmən qarşısında dayanma və ölkənin müstəqilliyini qorumaqda həmrəydirlər və düşmən bilməlidir ki, İran xalqı arasında haçalanma və parçalanmağa zəmin yaratmağa nail olmayacaq.
Həzrət Ayətullah-əl-üzma Xamenei deyiblər: Müstəmləkəçi ölkələrin dövlət başçıları bilsinlər ki, düşmənləri ayağı ortaya çıxan vaxt İran xalqı bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq düşmənlər qarşısında həmrəy olub, vahid yumruğa çevriləcək.
İslam İnqilabının Böyük Rəhbəri İran xalqının düşmənlər və əcnəbilərin fitnəkarlıqları barədəki 30 illik təcrübəsinə işarə edərək qərb dövlətlərinə xitabən deyiblər: Əgər siz öz fikrinizcə, bir cərəyanı və bəzi şəxsləri himayə ilə düşünürsünüz ki, sözü gedən cərəyan sizə meyllənəcək, bilin ki, mütləq bu fikir reallaşmayacaq. Çünki sizin yalançılığınız İran xalqı üçün isbat olunub və onlar sizin hədəfinizin xalq və elitalar arasında bədbinlik yaratmaq və islam quruluşuna nisbətən kin-küdurəti davam etdirmək olduğunu bilir.
Böyük İnqilab Rəhbəri bir daha düşmənlərin müsəlmanlar arasında qarşıdurma yaratmağa və şiələrlə sünnilər arasında ixtilaf salmağa dair səylərinə işarə edərək vurğulayıblar: Hal-hazırda islam dünyası özünün böyük hədəfləri və tələbatlarını nəzərə alaraq daha çox vəhdətə ehtiyaclıdır və əgər müsəlmanlar həmrəyliyini qorusalar, düşmənlər öz hədəflərinə nail olmaq üçün onların zəifliyindən istifadə edə bilməyəcəklər.

  • Yazılıb
  • da (də) 2009 Jul 07