Tarix : 2009 Jul 07
Kod 12798

İranın ali dini lideri Qərb ölkələrinə xəbərdarlıq edib

Biz bu dövlətlərin hərəkətlər və bəyanatlar vasitəsilə etdikləri müdaxiləni nəzərə alaraq demək istəyirik ki, bu müdaxilə gələcəkdə İranla Qərb ölkələrinin münasibətlərinə mənfi təsir edəcək
İİR Servisi/Aran Agentliyi
«Yeni Şərq»in IRNA-ya istinadən verdiyi məlumata əsasən, İranın ali lideri Ayətulla Əli Xameneyi İranda baş vermiş son hadisələrlə bağlı Qərb ölkələri liderlərinə xəbərdarlıq edib.
    "Biz bu dövlətlərin hərəkətlər və bəyanatlar vasitəsilə etdikləri müdaxiləni nəzərə alaraq demək istəyirik ki, bu müdaxilə gələcəkdə İranla Qərb ölkələrinin münasibətlərinə mənfi təsir edəcək", - Xameneyi deyib.
   
    O deyib ki, bəzi Qərb ölkələrinin liderləri prezident, baş nazir, xarici işlər naziri səviyyəsində İranın daxili işlərinə müdaxilə edirlər. Lakin sonra öz ölkələrinin İranın daxili siyasətinə müdaxiləsini inkar edirlər. İranın daxili işlərinə qarışmaqla onlar ölkə daxilində parçalanma yaratmaq məqsədi güdürlər.
   
    "Qərb dövlətləri fikir söyləməzdən və addım atmazdan əvvəl ehtiyatlı olmalıdırlar. Çünki İran xalqı onlara qarşı mənfi reaksiya göstərə bilər", - Xameneyi əlavə edib.
 
 
 
  • Yazılıb
  • da (də) 2009 Jul 07