Rusiya və ABŞ prezidentləri arasında ayrı-ayrı razılaşmaların imzalanmasına baxmayaraq , bu iki ölkə arasında əsaslı ziddiyyətlər hökm sürür
Rusıya servisi/Aran Agentliyi
Rusiya və ABŞ prezidentləri arasında ayrı-ayrı razılaşmaların imzalanmasına baxmayaraq , bu iki ölkə arasında əsaslı ziddiyyətlər hökm sürür. Moskvada çıxan Kommersant qəzetinin yazdığına görə, iki ölkə rəhbərləri strateji silahların azadılması məsələsində öz ixtilaflarını tamamilə aradan qaldıra bilməyiblər. Halbuki mətbuata verilən açıqlamalarda uğurların əldə olunmasından danışılır .
Rusiyanın Vedomosoti qəzeti də bəzi siyasi bazarlıqlara baxmayaraq rəhbərlər arasında anlaşma olmadığını vurğulayıb.
Qəzet qeyd edir ki , Medvedyev və Obama nüvə silahlarının ixtisara salınması və hərbi nüvə əməkdaşlıqları haqda razılıq sənədi imzalasalar da ,əsaslı ixtilafların həllində heç bir addım atılmayıb , xüsusi ilə də ABŞ-ın Şərqi Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi mövzusunda .