Tarix : 2009 Jul 07
Kod 12800

Həcc ziyarəti üçün Azərbaycana 6 min kvota ayrılıb

Bu il Həcc ziyarəti üçün Azərbaycana 6 min kvota ayrılıb. Artıq iki həftədir ki, Qafqaz Müsəlmanları İdarəsində zəvvarların sənəd qəbuluna başlanılıb
Azərbaycan Servisi/Aran Agentliyi
Bu il Həcc ziyarəti üçün Azərbaycana 6 min kvota ayrılıb. Artıq iki həftədir ki, Qafqaz Müsəlmanları İdarəsində zəvvarların sənəd qəbuluna başlanılıb.

İdarənin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS-ə bildirib ki, "A N1H1" virusu ilə bağlı Həcc ziyarəti təxirə salınmayacaq. Onun sözlərinə görə, Həcc ziyarəti iki halda təxirə salına bilər. Əgər Səudiyyə Ərəbistanında "A qripi" virusu təhlükə halını alarsa, krallıq başqa ölkədən əhalinin gəlməsinin daha böyük fəlakətə çevrilə biləcəyini nəzərə alaraq ziyarəti qadağan edə bilər.

İkinci halda isə virus epidemiya (hər hansı bir yoluxucu xəstəliyin geniş yayılması) halını alarsa, Azərbaycan öz əhalisinin qeydinə qalaraq zəvvarların göndərilməməsinə dair qərar qəbul edə bilər.

M.Payızov ziyarətə görə ödəniləcək məbləğin dəyişməyəcəyini bildirib. Onun sözlərinə görə, avtobuslarla Həcc ziyarətinə getmək istəyən zəvvarlar 2050 manat ödəyəcəklər. Təyyarə ilə gedənlər üçün isə iki qiymət var. 4 nəfərlik otaqda qalan zəvvarlar 3500, iki nəfərlik otaqda qalanlar isə 5000 manat ödəməlidir.
 
  • Yazılıb
  • da (də) 2009 Jul 07