Azərbaycan prezidenti İlham Əliyevlə Suriya prezidenti Bəşşar əl-Əsədin təkbətək görüşü keçirilib. Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan prezidenti İlham Əliyevlə Suriya prezidenti Bəşşar əl-Əsədin təkbətək görüşü keçirilib. Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər.
Prezidentlər dövlətlər arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər və bu səfərin Azərbaycan-Suriya ikitərəfli münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini vurğulayıblar.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.