Bakı şəhərində müxtəlif obyektlərə bomba qoluması ilə bağlı 4 dəfə həyəcan yaşanıb
Azərbaycan Servisi/Aran Agentliyi
Bakı şəhərində müxtəlif obyektlərə bomba qoluması ilə bağlı 4 dəfə həyəcan yaşanıb. Bu gün saat 17.00 radələrində Xətai rayonu ərazisində yerləşən maşın bazarına bomba qoyulması barədə məlumat Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olub. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparır.
Bakının Səbail rayonu əraisində isə “Qız Qalası”na da bomba qoyulması ilə bağlı anoloji zəng edilib. Keçirilən axtarış tədbirləri nəticəsində bu məlumatın da həqiqətə uyğun olmadığı müəyyən olub. Anonim zəng edən şəxs müəyyənləşdirilib. Onun ruhi xəstə olduğu bildirilir.
Bu gün eyni zamanda Fövqəladə Hallar Nazirliyinin “112” və Daxili İşlər Nazirliyinin “102” xidmətlərinə şəhərin naməlum yerlərinə bomba qoyulması barədə məlumat daxil olub. Lakin zəng edən şəxslər partlayıcı qurğunun şəhərin hansı hissəsinə qoyulması barədə məlumat verməyib.
Hər 4 faktla bağlı araşdırma aparılır.