İran İslam Respublikasının Xarici Siyasət İdarəsinin üzvü Ələddin Brucerdi, Yaponiyanın paytaxtı Tokioda jurnalistələrə verdiyi müsahibəsində bildirb ki, "İranın heç kimdən qorxusu yoxdur
İİR Servisi/Aran Agentliyi
«Yeni Şərq»in FaktXəbər-ə istinadən verdiyi məlumata əsasən, İran İslam Respublikasının Xarici Siyasət İdarəsinin üzvü Ələddin Brucerdi, Yaponiyanın paytaxtı Tokioda jurnalistələrə verdiyi müsahibəsində bildirb ki, "İranın heç kimdən qorxusu yoxdur. Quldur İsrailin hücumu qarşısında İranın cavabı çox dəqiq və qəti olacaq". Qeyd edək ki, bu günlərdə xarici və yerli Kütləvi İnformasiya Vasitləri tədəfindən ABŞ-ın İsrailə İranı vurmaq üçün yaşıl işıq yandırdığı bildilirdi. Amma bu gün yayılan məlumatlarda bu xəbər də öz təsdiqini tapmayıb. "ABŞ İrana hücum etmək üçün İsrailə yaşıl işıq yandırmayıb"- deyə Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin sözçüsü İan Kelli sözləri İsrailin İrana hücum etmək planını ümumiyyətlə mümkünsüz edir.