Tarix : 2009 Jul 10
Kod 12827

İran Almaniya məhkəməsinin terrorçu hərəkətini pisləyib

İİR XİN-in mətbuat katibi Həsən Qəşqavi Almaniyanın irqçi ünsürlərinin Almaniya məhkəməsində misirli xanım Mərvə Əl-Şərəbinini qətlə yetirməklə bağlı hərəkətlərini pisləyib
İİR servisi/Aran Agentliyi

İİR XİN-in mətbuat katibi Həsən Qəşqavi Almaniyanın irqçi ünsürlərinin Almaniya məhkəməsində misirli xanım Mərvə Əl-Şərəbinini qətlə yetirməklə bağlı hərəkətlərini pisləyib.
Hicaba riayət edən 23 yaşlı misirli xanım Mərvə Əl-Şərəbini ötən həftə çərşənbə günü iyulun 1-də islami geyiminə sadiq qaldığı üçün Almaniyanın Drezden şəhərində apelyasiya məhkəməsində irqçi alman bir şəxsin əli ilə şəhid olub.
İİR XİN-in mətbuat katibi cümə axşamı günü iyulun 9-da özlərini insan hüquqlarının müdafiəçisi adlandıran ölkələrdə insan prinsipləri və üsullarının açıq-aşkar tapdalanmasını şərh edərək deyib: Məhkəmədə polisin gözü önündə qəddarlıqla cinayətin törədilməsi Almaniyada əmin-amanlığın olmaması və bu ölkədə mühacirlər və dini azlıqlara nifrətin günü-gündən artmasını göstərir ki, heç bir fakt və səbəblə bəşər ictimaiyyəti üçün bu cür faciə xarakterli hadisələri şərh və bəyan etmək olmaz.
Qəşqavinin sözlərinə görə təəssüflər olsun ki, insan haqları və prinsipləri ilə bağlı ikili strategiyalar və həyata keçirilən səhlənkarlıqlar, irqçilik fenomeninin artması və qərb ölkələrində azlıq təşkil edən qruplar və mühacirlərin hüquqlarına hörmətsizlik hallarının artmasına daha çox zəmin yaradıb.
İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb: Avropa şəhərlərində insanlar qorxunc hadisələrlə, o cümlədən terrorizmin rəvac verilməsi, digər dinlər və mədəniyyətlərin ənənələrinin görməməzliyə vurulması və islama qarşı aparılan mübarizələrin artması kimi məsələlərlə üzləşiblər ki, ümumilikdə bütün bunların hamısı ideologiyaların növündən, həmçinin ikili siyasi qərəzlərlə yanaşı olan hədəflərdən mənşə alır.
Qəşqavi Misir xalqı və dövləti və Əl-Şərəbininin ailə üzvləri ilə bu ağrını bölüşərək, İKT və digər beynəlxalq təşkilatlardan bu cür qeyri-insani hərəkətlərin araşdırılması və insan haqlarına qarşı artan proseslərlə mübarizənin aparılmasında əsaslı strukturların yaradılması məqsədilə bir komitənin təyin edilməsini tələb edib.

  • Yazılıb
  • da (də) 2009 Jul 10