Misirli Müsəlman Mərvə Şirbininin Almaniyada hakim və polislərin gözü qarşısında bıçaqlanaraq öldürülməsinə Tehranda da etiraz edilib
İİR servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin Haber 3 telekanalına istinadlı xəbərinə görə, Misirli Müsəlman Mərvə Şirbininin Almaniyada hakim və polislərin gözü qarşısında bıçaqlanaraq öldürülməsinə Tehranda da etiraz edilib.
Universitet şagirdləri və mülkü vətəndaşlardan ibarət olan bir qrup, Almaniyanın Tehran Səfirliyi qarşısında toplanaraq, Şirbininin öldürülməsinə etiraz edib və cinayətkarın ən qısa bir zamanda cəzalandırılmasını istəyib.
Aksiya iştirakçıları adından verilən açıqlamada, ''Çox sayda insanın qarşısında müdafiəsiz hamilə bir qadının öldürülməsinin heç bir insani dəyərlə uyğun gəlmədiyi'' ifadə edilib.
Açıqlamada, Alman hökumətinin sui-qəsdə görə məsul olduğunuda qeyd edilib.
Şirbininin və yetim qalan oğulunun fotoşəkillərini daşıyan aksiya iştirakçıları, səfirlik binasına yumurta atıb və tez-tez ''Almaniyaya ölüm'', ''Nazı Merkel'' şəklində şüarlar səsləyib.