Tarix : 2009 Jul 11
Kod 12863

QAT prezidentlərin bəyanatdan narazıdır

Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarabağ probleminin nizamlanması üzrə ATƏT-in Minsk qrupu həmsədr dövltlərinin yaydığı bəyanata etiraz bəyanatı yayıb
Azərbaycan servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarabağ probleminin nizamlanması üzrə ATƏT-in Minsk qrupu həmsədr dövltlərinin yaydığı bəyanata etiraz bəyanatı yayıb. Müəlliflər bu bəyanatı “gözlənilməz” və “Azərbaycan dövlətinə qəsd” adlandırırlar. Sənəddə həmsədr dövlətlər “üç xristian dövləti olaraq” Ermənistanı dəstəkləməkdə, işğalçı iddialarını yerinə yetirməyə yardım etməkdə və Azərbaycanı təslimçi sülhə məcbur etməkdə ittiham olunurlar. Həmsədr dövlətlərin Dağlıq Qarabağa müvəqqəti status verilməsi, yekun status üçün şərait yaradılması, beynəlxalq qüvvələrin bölgəyə yerləşdirilməsi təkliflərini müəlliflər “Dağlıq Qarabağın həmişəlik itirilməsinə yönəlmiş addım” hesab edirlər.
“Təklif edilən variant Azərbaycanın maraqlarına qətiyyən cavab vermir və Azərbaycan hakimiyyəti dərhal danışıqlardan imtina etməlidir”, - deyə müəlliflər vəziyyətdən çıxış yolu təklif edirlər.
Son olaraq, bəyanat xalqa “Qarabağ əldən gedir! Vətən təhlükədədir! Ayağa qalx, Azərbaycan kişisi!” çağırışları ilə bitir.
  • Yazılıb
  • da (də) 2009 Jul 11