Rusıya Servisi/Aran Agentliyi
“Məkkə” İslam təşkilatının rəhbəri Rinat Vəliyev uşağın İran prezidenti Mahmud Əhmədinejadın şərəfinə belə adlandırıldığını bildirib.
Ailədə altıncı uşaq olan Mahmudəhmədinejad Banqladeşdən Rusiyaya köçən müsəlmanın və Leninqrad vilayətində doğulan və İslamı qəbul edən rus qadının övladıdır. Soyadı çəkilməyən ailə Sankt-Peterburq şəhərində kirayə mənzildə yaşayır. Hakimiyyət orqanları qeyri-adi ada etiraz etməyiblər – uşaq artıq doğum şəhadətnaməsi alıb.
Mahmudəhmədinejadın anası bildirib ki, İran prezidentinin “ağlı, siyasəti və xoş məramı” onun xoşuna gəlir: “Əgər biz yaşamaq üçün harasa köçməli olsaydıq, mən prezidentləri Allahdan başqa heç kimdən qorxmayan və ölkədə stabilliyin hökm sürdüyü İranda yaşamaqdan imtina etməzdim”. “Məkkə” İslam təşkilatının rəhbəri Rinat Vəliyev uşağın İran prezidenti Mahmud Əhmədinejadın şərəfinə belə adlandırıldığını bildirib.
Ailədə altıncı uşaq olan Mahmudəhmədinejad Banqladeşdən Rusiyaya köçən müsəlmanın və Leninqrad vilayətində doğulan və İslamı qəbul edən rus qadının övladıdır. Soyadı çəkilməyən ailə Sankt-Peterburq şəhərində kirayə mənzildə yaşayır. Hakimiyyət orqanları qeyri-adi ada etiraz etməyiblər – uşaq artıq doğum şəhadətnaməsi alıb.
Mahmudəhmədinejadın anası bildirib ki, İran prezidentinin “ağlı, siyasəti və xoş məramı” onun xoşuna gəlir: “Əgər biz yaşamaq üçün harasa köçməli olsaydıq, mən prezidentləri Allahdan başqa heç kimdən qorxmayan və ölkədə stabilliyin hökm sürdüyü İranda yaşamaqdan imtina etməzdim”.